ABŞ-da koronavirus:
üç aydan sonra rekord yoluxma
ABŞ-da ötən gün ərzində daha 62 mindən çox şəxsdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu, 31 iyuldan sonra ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır.
Ümumilikdə ölkə üzrə bu günə qədər 7,9 milyon koronavirusa yoluxma faktı aşkarlanıb, 5,3 milyondan çox pasiyent müalicə olunaraq sağalıb, 222 mini isə xəstəlik səbəbindən həyatını itirib.
Hər iki göstəriciyə görə ABŞ dünyada birinci yerdədir./report
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: