Ermənilər çətin durumda:
Vardanes-Kəlbəcər yolu bağlandı
Ermənistan tərəfi Vardanes-Kəlbəcər yolunu bağladığını elan edib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumatda qeyd edilir ki, Sotk-Kəlbəcər yolu boyunca nəqliyyatın hərəkəti təhlükəsizlik səbəbindən müvəqqəti bağlanır.
Nazirlik bu addımını Azərbaycan Ordusunun yol və yaxınlığındakı məntəqələrə nəzarət edə bilməsi ilə əsaslandırıb.Qeyd edək ki, Vardanes-Kəlbəcər magistral yolu əslində Qarabağla quru əlaqəsini təmin edən yollardan biridir.
Xatırladaq ki, müharibənin birinci həftəsində Azərbaycan Müdafiə Nazirliyi strateji əhəmiyyətli Murovdağ yüksəkliyinin geri qaytarıldığını elan etmişdi, bu səbəbdən Vardenis-Ağdərə magistral yolu vizual və atəş nəzarətinə keçib.
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: