İranın Ankaradakı səfiri: "Qarabağ Azərbaycan torpağıdır və işğal altındadır"

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Qarabağ münaqişəsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Ankarada Strateji Düşüncə İnstitutunun təşkil etdiyi tədbirdə çıxış edən Məhəmməd Ferazmend bildirib ki, Qarabağ islam torpağıdır və işğal altındadır. Qarabağ böhranı İrana da təsir edəcək bir böhrandır. Səfir əlavə edib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.
BMT-nin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qətnamələrini xatırladan səfir deyib ki, Minsk qrupunun münaqişəni həll etməyə çalışmaması üzvlərin hər birinin bölgədə fərqli maraqlarının olmasıdır. Onlar maraqları naminə bölgədə münaqişənin davam etməsinə səbəb olurlar. Türkiyə-İran Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və Vandan olan deputat Osman Nuri Gülaçar isə, İran xalqının Azərbaycana ciddi dəstək verdiyini bildirib. Ermənistanın Qarabağı işğal etdiyini xatırladan Gülaçar, bunun BMT tərəfindən təsdiqləndiyini, Azərbaycanın haqq savaşına dəstək verdiklərini bildirib.
Ü.Xudiyeva
Oxunub: 394
Xəbəri paylaş
Paylaş: