Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
SABİQLƏRLƏ BAĞLI SENSASİON İDDİA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
SABİQ İCRA BAŞÇISI OTELİNİ SATIŞA ÇIXARDI - 235 milyona... /FOTOLAR
MEHDİYEV DAHA BİR VİLLASINI SATIR - 1000 kv.metr - 1 milyon 300 min manat /FOTO
Press-fakt.az
    
  • HƏMAS LİDERLƏRİNİ TÜRKİYƏ KƏŞFİYYATI XİLAS EDİB - 
    HƏMAS LİDERLƏRİNİ TÜRKİYƏ KƏŞFİYYATI XİLAS EDİB -  MİT-dən xüsusi ƏMƏLİYYAT
  • 
  • Polşa lideri NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək
    Polşa lideri NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək
  • 
  • Gəncədə ağır qəza: 8 nəfər xəsarət aldı - 
    Gəncədə ağır qəza: 8 nəfər xəsarət aldı -  FOTO
  • 
  • İraqda oğurlanan israilli alim sərbəst buraxıldı
    İraqda oğurlanan israilli alim sərbəst buraxıldı
  • 
  • Polşaya HÜCUMA MOSKVADAN REAKSİYA -
    Polşaya HÜCUMA MOSKVADAN REAKSİYA - “Zelenski dronlarımızı ələ keçirərək Polşaya zərbə endirib”
  • 
  • “Bozqurd”un döyüşçüsü Ukraynada vəfat etdi
    “Bozqurd”un döyüşçüsü Ukraynada vəfat etdi
  • 
  • NATO-dan Rusiyanın Polşaya həmləsinə inanılmaz reaksiya
    NATO-dan Rusiyanın Polşaya həmləsinə inanılmaz reaksiya
  • 
  • “Bu, inhisarçılıqdır”- 
    “Bu, inhisarçılıqdır”-  "Seçim azadlığı pozulur..."
  • 
  • Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib
    Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Şıxlınskinin həbs müddəti uzadıldı,
    Şıxlınskinin həbs müddəti uzadıldı, maddəsi ağırlaşdırıldı
  • 
  • Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir
    Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir
  • 
  • İsrailin hücumu qorxaqlıqdır, suverenliyimizə təhdiddir! -
    İsrailin hücumu qorxaqlıqdır, suverenliyimizə təhdiddir! - Məcid əl-Ənsari
  • 
  • Dünya müharibəyə sülhdən daha çox pul xərcləyir -
    Dünya müharibəyə sülhdən daha çox pul xərcləyir - Qutarreş
  • 
  • III Dünya Müharibəsi başlayıb -
    III Dünya Müharibəsi başlayıb - Maduro
  • 
  • Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
    Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
  • 
  • LİDERLƏRİN evləri yandırıldı, BAŞ NAZİR İSTEFA VERDİ -
    LİDERLƏRİN evləri yandırıldı, BAŞ NAZİR İSTEFA VERDİ - Nepalda siyasi böhran
  • 
  • İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli şəxslərinə sui-qəsd etdiyini bildirdi
    İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli şəxslərinə sui-qəsd etdiyini bildirdi
  • 
  • Məktəb direktoru qızına görə işdən çıxdı -
    Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”
  • 
  • Azərbaycan vətəndaşlarını kim yoxlayacaq?-
    Azərbaycan vətəndaşlarını kim yoxlayacaq?- "Tramp marşrutu" necə reallaşacaq?- VİDEO
  • 
  • Növbəti dörd gündə güclü külək əsəcək - 
    Növbəti dörd gündə güclü külək əsəcək -  XƏBƏRDARLIQ
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • “RUSİYANIN TELEKANALLARINDA AZƏRBAYCAN XALQI, PREZİDENTİ TƏHQİR EDİLƏNDƏ...”- “Türkiyə dünyada öz şərtlərini diktə edir” /Müsahibə
  • “MÜHARİBƏ DAVAM ETSƏ, ONLARIN BÜTÜN ORDUSUNU MƏHV EDƏCƏYİK”- İlham Əliyevin “Haber Türk”ə müsahibəsi
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • PREZİDENT “ƏL-ƏRƏBİYƏ”yə ATƏŞİ SAXLAMAQ ŞƏRTİNİ DEDİ: "Paşinyan üzr istəsin və ərazilərimizdən çıxmaqla bağlı vaxt cədvəli versin"- MÜSAHİBƏ
  • İlham Əliyev yenə Paşinyana dərs keçdi - ŞƏRH

    • Tarix: 16-10-2020, 19:34


    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib. Ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb.

    Biz bu sual-cavab formatı əsasında hər iki ölkə başçısının siyasi panoramasını müəyyənləşdirməyə çalışacağıq.

    1-ci sual: Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz? İtkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?

    İlham Əliyev Ermənistanın hələ iyulda Azərbaycan sərhəddini Tovuzda pozduğunu və  göstərilən tarixdən etibarən hərbi əməliyyatlara başladığını, ölkəsinin düşməni zərərsizləşdirmək üçün əks-hücumlara başladığını bildirir. O, qarşı tərəfdən mülki əhaliyə hücumların olmasını vurğulayır və həlak olmuş və yaralanmış vətəndaşlarımızla bağlı statistikanı açıqlayır.

    Baş nazir Nikol Paşinyana da sual verilir, lakin mahiyyəti üzrə cavab alınmadığına görə, sual bir daha izah formasında verilir. Aydın görünür ki, Paşinyan baş verənləri ayıq qiymətləndirmək, təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir. Onun cavabını isə qısaca belə ifadə etmək olar ki, həlak olanlar çoxdur.

    Göründüyü kimi, İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə etdiyi, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə aparıldığını göstərir və özünə güvənən, qəti mövqe ortaya qoyan lider kimi danışır. Paşinyan isə fikri dağınıq, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş, sanki  təzyiq altında olan və sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır. 

    2-ci sual: Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar?

    İlham Əliyev Azərbaycan ordusunun böyük potensiala malik olduğunu, 100 mindən çox əsgər və zabit heyətinə malik olduğunu və bu potensialı dəfələrlə artırmaq imkanını diqqətə çatdırır. O, Ermənistanın 1 milyard dollardan artıq dəyərdə hərbi texnikasının məhv edildiyini, bunu intizamsız muzdluların yox, intizama malik, peşəkar hərbi təlim keçmiş ordunun işi olduğunu vurğulayır. Bugünədək Azərbaycan tərəfində Yaxın Şərq ölkələrindən heç bir terrorçunun iştirakına dair sübutun təqdim olunmaması bir daha təkrarlanır.

    Ermənistanın baş naziri Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı heç bir fakt təqdim edə bilmir, xarici mediada ümumi sözlərdən ibarət materialları və “fake” məlumatları buna əsas kimi göstərir.
    Avantüra xarakterli cavabında Paşinyan Türkiyənin, hətta Pakistanın hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürür, Türkiyə amilini artıq “sübut olunmuş fakt” kimi təqdim edir.
    Nə qədər gülünc görünsə də, baş nazir müharibənin başlama səbəbini onunla izah etməyə çalışır ki, guya Azərbaycan Ordusu Dağlıq Qarabağdakı silahlı birləşmələrə qarşı vuruşmağa qadir olmadığına görə, Türkiyə müharibəyə başlamaq barədə qərar verib. 

    Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin Azərbaycanla yox, Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə Türkiyədən gələn yaraqlıların artıq Dağıstanda göründüyünü və məhv edildiyini deyir. O bununla qarşıdurmanın coğrafiyasının genişləndiyi, onun regional xarakter aldığı iddiası ilə rəsmi Moskvaya nə etməli olduğu barədə mesaj verməyə çalışır.
    Üstəlik, Paşinyanın ifadələrindən belə anlaşılır ki, o, məsələni xristian-müsəlman müharibəsi müstəvisinə də çevirməklə, özünə Qərbdən yardım umur.

    Paşinyanın cavabı məhdud fantaziyasını işə salmış orta statistik jurnalistin yazdığı cızmaqaraya oxşayır. Görünür, Paşinyan təkcə yaxşı baş nazir və siyasətçi deyil, həm də yarımçıq jurnalistdir.
    O, hesab edir ki, daxili auditoriyaya ötürdüyü yalanları həm də bütün dünyaya bəyan edə bilər. Bütün dünya erməni terroru haqda geniş məlumata malik olduğu və Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini bildiyi halda, Paşinyan bəsit şəkildə 30 illik Azərbaycan həqiqətini elə Azərbaycanın özünə qarşı çevirməyə çalışır.

    3-cü sual: Oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmada baza prinsipləri xatırladılır. Xahiş edirik bu prinsipləri açıqlayın, siz onları necə başa düşürsünüz?

    Prezident İlham Əliyev qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də onun mahiyyəti barədə məlumat verir. Aydın şəkildə göstərir ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb. Paşinyan 2018-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyuldu, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərildi və ümumiyyətlə danışıqlar prosesinə böyük zərbə vuruldu.
    Bundan başqa,  Ermənistanın yeni hakimiyyəti Azərbaycana heç bir güzəşt olmayacağını bəyan etdi. 

    Hətta Paşinyan həddini aşaraq danışıqlar stolu arxasında tanınmamış əldəqayırma Dağlıq Qarabağ Respublikasının rəhbərliyinin iştirak etməli olduğunu bildirməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərdi. Əgər belədirsə, indiki müharibədə niyə qondarma respublika vətəndaşları yox, Ermənistan Ordusuna məxsus hərbi qulluqçular da iştirak edir.

    Sual oluna bilər ki, nəyə görə prezident İlham Əliyev baza prinsiplərinin detalları barədə danışa bilir, atılacaq addımları göstərir, amma Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır.
    Ermənistanın baş naziri “məsələ ondadır ki, bu prinsipləri tərəflər necə interpretasiya edir” deməklə cavabdan qaçır və heç bir detal barədə məlumat vermir. Çünki bu detallar münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın satatusu məsələnin həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və buna görə də sualdan ümumi cavablarla yayınır. 

    Sual 4: Əgər kompromislər haqqında danışsaq, siz hansı kompromisə hazırsınız? Elə bir xətt varmı ki, siz heç bir halda onu keçməyəcəksiniz?

    Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçımız onu da diqqətə çatdırır ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir.

    Eyni sual Paşinyana üç dəfə verilir. Ermənistanın baş naziri ya sualı başa düşmür, ya da özünü eşitməzliyə vuraraq sualdan yayınmağa çalışır. Birinci dəfə o, kompromis kimi  xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Aydın görünür ki, Paşinyan kompromis və “qırmızı xətt” anlayışlarını qarışdırır.
    Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan bu dəfə də kompromis barədə sualı cavabsız qoyur. Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir deyir ki, “biz Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazırıq”. 

    Sual 5: Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiz. Tarixdə necə qalmaq istəyərdinz?

    Prezident İlham Əliyev böyük siyasətçi kimi suala müfəssəl cavab verir. Dövlət başçımız bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə bu işğalçı müharibədir. İlham Əliyev bu gün beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərində Ermənistanın işğalçı qüvvələrinin olduğunu diqqətə çatdırır.

    Paşinyan isə bu suala cavab verə bilmir. Heç bir aidiyyəti olmadığı halda, bu məsələnin şəxsi ambisiyalarla bağlı olmadığını deyir. Eyni zamanda, münaqişənin özünün də ya anlamadığı, ya izah edə bilmədiyi, ya da ki şüurlu şəkildə qaçdığı kompromis əsasında həll olunması məsələsinə toxunur.
    Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Ermənistan hərb yolunda Azərbaycanla üz-üzə gəlməyə layiq dövlət olmadığı kimi, Nikol Paşinyanın səviyyəsi də bizim ölkə başçısının səviyyəsi ilə üst-üstə düşmür. Fikirlərini normal şəkildə izah edə bilməyən, yarımçıq jurnalistikadan gəlib, siyasi rəhbər postuna uyğunlaşa bilməyən Paşinyan məhz bu müharibənin səbəbkarıdır. Məhz onun dəxilsiz açıqlamaları bugünkü hərb yolunu qaçılmaz etdi. Ortada itirən isə həlak olan erməni əsgərlərinin valideynləridir./oxu.az

    Oxunub: 331
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      10-09-2025
      13:35 | HƏMAS LİDERLƏRİNİ TÜRKİYƏ KƏŞFİYYATI XİLAS EDİB -  MİT-dən xüsusi ƏMƏLİYYAT
      13:25 | Polşa lideri NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək
      13:15 | Polşa Belarusla sərhədə 100 -150 minlik qoşun toplayır - VİDEO
      13:10 | Gəncədə ağır qəza: 8 nəfər xəsarət aldı -  FOTO
      12:15 | İraqda oğurlanan israilli alim sərbəst buraxıldı
      12:00 | Polşaya HÜCUMA MOSKVADAN REAKSİYA - “Zelenski dronlarımızı ələ keçirərək Polşaya zərbə endirib”
      11:45 | “Bozqurd”un döyüşçüsü Ukraynada vəfat etdi
      11:40 | NATO-dan Rusiyanın Polşaya həmləsinə inanılmaz reaksiya
      11:30 | “Bu, inhisarçılıqdır”-  "Seçim azadlığı pozulur..."
      11:25 | Dünya bazarlarında neftin qiyməti 67 dollara yaxınlaşıb
      11:20 | RUSİYA PUA-larla NATO ÖLKƏSİNƏ HÜCUM ETDİ - Polşada aeroportlar bağlandı, NATO-ya müraciət olundu
      11:15 | Ağdamda 16 yaşlı qızı zorlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb
      11:10 | Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:00 | Şıxlınskinin həbs müddəti uzadıldı, maddəsi ağırlaşdırıldı
      00:20 | SABİQLƏRLƏ BAĞLI SENSASİON İDDİA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
      00:15 | Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir
      00:10 | İsrailin hücumu qorxaqlıqdır, suverenliyimizə təhdiddir! - Məcid əl-Ənsari
      00:05 | Dünya müharibəyə sülhdən daha çox pul xərcləyir - Qutarreş
      00:00 | III Dünya Müharibəsi başlayıb - Maduro
      09-09-2025
      22:10 | Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
      20:30 | LİDERLƏRİN evləri yandırıldı, BAŞ NAZİR İSTEFA VERDİ - Nepalda siyasi böhran
      20:20 | İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli şəxslərinə sui-qəsd etdiyini bildirdi
      20:00 | Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”
      19:45 | Azərbaycan vətəndaşlarını kim yoxlayacaq?- "Tramp marşrutu" necə reallaşacaq?- VİDEO
      19:40 | Növbəti dörd gündə güclü külək əsəcək -  XƏBƏRDARLIQ
      17:00 | TIXAC KABUSU YAXINLAŞIR...- Paytaxtı daha ÇƏTİN GÜNLƏR GÖZLƏYİR - Ekspert
      16:55 | Sabiq rektor Elşad Abdullayevin məhkəməsi QAPALI KEÇİRİLDİ
      16:45 | Azərbaycan Ordusunun çinli əsgəri - "Məni çox maraqla qarşıladılar"- VİDEO
      16:35 | Məhkəmə Qabil Məmmədova 16 İL HƏBS qərarı ÇIXARDI
      14:30 | Sabiq nazir müavini direktor vəzifəsindən də çıxarıldı - Yeni vəzifə verildi
      14:25 | Rusiya Donetskdə DİNC SAKİNLƏRİ BOMBALADI, 20-dən ÇOX ÖLÜ VAR - Zelenski
      14:20 | Aeroportdan şəhərə taksi sifarişlərinə qadağa qoyulub?- VİDEO
      14:00 | Sabah bəzi rayonlara leysan yağacaq - Hava PROQNOZU
      13:45 | Consondan Ukrayna çağırışı: Rusiya vurulmalıdır
      13:40 | “BMT TŞ günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib”-  İlham Əliyev
      13:35 | BU ƏRAZİDƏ TAKSİ XİDMƏTİ İNHİSARA ALINIR?- “Hansısa ingilisdilli "qaqulya" balası düşünüb ki...”
      13:15 | İsrail ordusu Qəzzadakı 1 milyon fələstinlini hədələdi: Cənuba qaçın...
      13:00 | Keçmiş məcburi köçkünlər tutduqları evləri TƏRK ETMƏLİDİR - Tural Abbaslı
      12:50 | Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı müxalifətə xəbərdarlıq etdi
      12:45 | Fransada siyasi böhran dərinləşir - Bayrou hökuməti buraxıldı
      12:35 | SABİQ İCRA BAŞÇISI OTELİNİ SATIŞA ÇIXARDI - 235 milyona... /FOTOLAR
      12:30 | Zəngəzur dəhlizində tikinti işləri gələn il tamamlanacaq - RƏSMİ
      12:15 | Kuleba Ukraynadan qaçıb?-  Sabiq XİN başçısı ətrafında müəmmalı durum yaranıb
      12:10 | Belarus casus şəbəkəsi ifşa edildi -  Çexiya, Rumıniya və Macarıstandan birgə əməliyyat
      11:55 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:50 | KİRAYƏ MƏNZİLLƏRİN QİYMƏTİ KƏSKIN BAHALAŞDI -  Bakıda rayonlar üzrə qiymətlər necədir? /SİYAHI
      11:15 | Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
      11:10 | “Camaat ət ala bilmir, çox bahadır”- Qiymətlər... 6,8 faiz artıb - VİDEO
      11:05 | Daha iki ölkədə qadınlar əsgər gedəcək
      11:00 | Dünya bazarlarında qızılın qiyməti 3700 dollara yaxınlaşıb -  YENİ REKORD
      00:45 | Gürcüstanda VƏZİYYƏT GƏRGİNDİR:  DİN etirazçılara xəbərdarlıq etdi - VİDEO
      00:40 | Ruslar Ukrayna Nazirlər Kabinetini “İskəndər”lə VURUBMUŞ
      00:35 | Şərqi Avropada gərginlik PİK HƏDDƏ - Rusiya Polşa ilə sərhədə 150 minlik QOŞUN TOPLAYIR
      00:30 | İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatıb
      00:25 | Maşın satanların diqqətinə! - Yeni dələduzluq növü yayılıb
      00:20 | Rusiyanın anti-Azərbaycan TƏBLİĞATI:  GEBBELS ÜSLUBUNDA SİYASƏT - ŞƏRH
      00:15 | Tələbələr kirayə mənzil tapa bilmir - Qiymətlər 10-12% yüksəlib
      00:10 | Zelenski ermənini yüksək vəzifəyə təyin etdi
      00:05 | Bu şirkətlər insanları aldatmaqda ittiham olunurlar - Təsisçi həbs edildi
      00:00 | Bu, Türkiyəyə 50 milyard dollar qazandıracaq - Ərdoğan
      08-09-2025
      20:00 | MEHDİYEV DAHA BİR VİLLASINI SATIR - 1000 kv.metr - 1 milyon 300 min manat /FOTO
      19:45 | "Görüşdə casus şəbəkələri barədə söhbət edirdi"- Fransanın Bakıdakı casusunun məhkəməsi
      19:30 | “Dünya qarışıb, kim-kimi İSTƏYİR VURUR, haranı İSTƏYİR DAĞIDIR”- Lalə Şövkət 
      19:25 | Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
      19:20 | "Özümü qəti təqsirli saymıram, səbəblərini sadalasam..."- İlqar Mustafayev
      19:15 | Trampı öldürməyə çalışan şəxsin məhkəməsi olub -  Aylar öncədən planlayıbmış
      16:25 | Əfqanıstandakı zəlzələdə yalnız kişilər xilas edilib
      16:15 | 14 İL CƏZA ALAN BAŞ DİREKTORUN CİNAYƏT DOSYESİ - Milyonlarla dollar mənimsəmə, Bakıda, Türkiyədə bahalı əmlak, şirkətlər...
      16:05 | Amerika nümayəndələri Bakıda - Zəngəzur dəhlizi müzakirə edildi
      16:00 | AFFA Santuşa 12 milyon təzminat verəcək?- Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
      15:40 | Ərdoğan polis bölməsinə basqından danışdı: "Bu xəbər hamımızı sarsıtdı"
      15:35 | Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başladı
      15:15 | Avropada və Azərbaycanda MİNİMUM MAAŞ NƏ QƏDƏRDİR?- Arada 10 dəfədən ÇOX FƏRQ VAR.../SİYAHI
      15:00 | Tramp prezident kimi uğursuzdur: Əhali narazıdır! - SORĞU
      14:55 | Keçmiş prezident Köçəryan məhkəmə önünə çıxarıldı
      14:45 | "İsrailə təzyiqi artıracağıq"- İspaniyanın Baş naziri
      14:30 | "Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil"- Rəsmi Bakı
      14:15 | LAVROV Türkiyə və Azərbaycanın TƏKLİFİNDƏN DANIŞDI: Artıq 3+3 formatının VAXTI ÇATIB
      14:10 | İrandan Azərbaycanla bağlı ETİRAF: “Səfirliyə hücumdan sonra...”
      14:05 | Sabahın havası: Yağış yağacaq, külək əsəcək
      14:00 | İsraillilər şərtlərimi qəbul etdilər, indi növbə HƏMAS-dadır! - Tramp
      13:55 | Rusiya ordusu NATO sərhədlərində - Toqquşma riski var
      13:45 | “TORPAQLARI BƏRBAD HALA SALIBLAR, İNDİ İSƏ DEYİRLƏR Kİ...”- “Rusiya bizim üçün dayanıqlı seçim deyil”
      13:40 | Ukraynadan uğurlu həmlə: Rus ordusu geri çəkildi, ərazilər azad olundu
      13:35 | Əhəd Abıyev əsəbiləşdi: “Bunu kim deyirsə qələt edir”
      13:30 | Bakı ilə elə bir razılaşma əldə etmişik ki... reallıqdan da artıqdır - Koncoryan
      13:15 | Putin Rusiyadakı erməniləri təbrik edib işğaldakı dəstəyə görə təşəkkür etdi...
      13:10 | ANTİ-QƏRB BLOKU RƏSMƏN ELAN EDİLİR - Geriləyən Qərb ya İran, ya da Turan seçimini etmək zorundadır
      13:05 | Bu ilin 8 ayında 36 mindən çox şəxsə əlillik təyin olunub
      13:00 | Gürcüstanda 30 kriminal avtoritet həbs edilib - "Plaço", "Çorna", "Çinka","Şkivia"...
      12:55 | Müdafiə Nazirliyi məlumat yaydı -  "Partlayış səslərindən təşvişə düşməyin"
      12:50 | Rus generalı Bakı ermənisi partladıb?- Robert Səfəryan saxlanılıb
      12:45 | “UKRAYNA ÜÇ YERƏ BÖLÜNƏCƏK, TALEYİ HƏLL OLUNUB”-  Orbandan şok AÇIQLAMA
      12:40 | "Azərbaycan Prezidentinin Qazaxıstana səfəri hazırlanır"- Tokayev
      12:35 | Santuş istefaya GÖNDƏRİLDİ - Komandanı oyuna Ayxan Abbasov çıxaracaq
      12:30 | ABŞ Rusiya vətəndaşlarına sərt viza qaydaları tətbiq edir
      12:25 | Bakıda nüfuzlu idman tədbiri keçiriləcək -  Tarix açıqlandı
      12:20 | ÜZEYİR BƏYİN ÖLÜMÜNDƏ KİMLƏR GÜNAHKAR İDİ?- "Bülbül, Qara Qarayev və daha kimlər..."
      12:15 | Azərbaycanda gənclərin cinsi zəifliyinin səbəbi NƏDİR?-  VİDEO
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.