Putin Suriyaya gedib- Bəşər Əsədlə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Suriyaya səfər edib.
TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, V. Putin Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. Görüş Rusiya Silahlı Qüvvələrinin Suriyada yerləşən komanda məntəqəsində baş tutub.
“Onlar ölkənin müxtəlif regionlarındakı vəziyyətlə bağlı hərbi hesabatı dinləyiblər”, – deyə Kremlin sözçüsü əlavə edib./apa/
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: