Rusiya və Qazaxıstan müqavilə imzalayıblar -
Hərbi əməkdaşlıq üzrə
Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Qazaxıstana səfəri zamanı o, bu ölkə ilə hərbi əməkdaşlıq barədə müqavilə imzalayıb və prezident Qasım-Comərd Tokayevlə görüşüb.
Əvvəlcə, Şoyqu qazaxıstanlı həmkarı Nurlan Yermekbayevlə görüşüb. Onlar bölgəsel təhlükəsizlik və KTMT, ŞƏT, MDB çərçivələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlər həm də hərbi əməkdaşlıq barədə Müqavilə imzalayıblar. Yeni müqavilə 1994-cü ildə imzalanmış sənədi əvəz edəcək. Belə ki, köhnə müqavilənin əsas müddəaları artıq reallaşdırılıb.
Sonra rusiyalı nazir ölkə prezidenti Qasım-Comərd Tokayevlə Rusiya və Qazaxıstan arasında hərbi və hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
«Hərbi-texniki sahə bütövlükdə, Qazaxıstan və Rusiya arasında həmkarlıq və müttəfiqlik münasibətləri üzrə çox mühüm yer tutur» - deyə, Tokayev qeyd edib.
Prezident hərbi əməkdaşlıq barədə imzalanan müqaviləni alqışlayıb.
Görüşün sonunda Tokayev Şoyqunu 1-ci dərəcəli «Dostluq» ordeni ilə təltif edib