Şamil Basayevin dəstəsinin üzvləri saxlanılıb -
FTX xəbər yaydı
1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.
Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.
Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur.
Xatırladaq ki, 1999-cu ilin avqust ayında Botlix bölgəsinə quldurların hücumu zamanı 280-dən çox adam həlak olmuş və 800-dən çox hərbi qulluqçu, hüquq-mühafizə orqanı zabiti və mülki şəxs yaralanmış, Dağıstan iqtisadiyyatına ciddi ziyan dəymişdi./realtv.az
Oxunub: 332
Xəbəri paylaş
Paylaş: