Fransada son bir gündə 26676 nəfər koronavirusa yoluxub - 166 nəfər ölüb

Fransada son gün ərzində 26 min 676 nəfər koronavirusa yoluxub.
Bu barədə “Worldometers” portalı məlumat yayıb.
Həmçinin son sutkada 166 nəfər ölüb. Ümumilikdə, ölkədə 957 min yeni yoluxma və 34 min ölüm təsdiqlənib.
Son günlər 900 mindən çox insan xəstəxanalara müraciət edib, onlardan 1584 nəfəri reanimasiyadadır./report
Oxunub: 241
Xəbəri paylaş
Paylaş:




















