Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • “MÜHARİBƏ DAVAM ETSƏ, ONLARIN BÜTÜN ORDUSUNU MƏHV EDƏCƏYİK”- İlham Əliyevin “Haber Türk”ə müsahibəsi
  • "Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz!"- "Torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik" /MÜSAHİBƏ
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • ERMƏNİLƏRƏ HEÇ BİR STATUS VERİLMƏYƏCƏK! - Prezident İlham Əliyev son nöqtəni qoydu!

    • Tarix: 22-10-2020, 20:12


    Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyi məhz rəsmi Bakının ssenari və planları çərçivəsində nizamlanacaq...
    Rəsmi Bakı hesab edir ki, Azərbaycanın ərazi bütovlüyü ilə bağlı heç bir məsələ Ermənistanla və ya hər hansı üçüncü dövlətlə müzakirə mövzusu ola bilməz...

    Cənubi Qafqaz yenidən dizayn olunur. Bütün əlamətlər bu regionun pislikdən, şərdən, qara qüvvələrdən tamamilə təmizlənəcəyini iddia etməyə ciddi əsaslar verir. Və yəqin ki, çox tezliklə müasir Cənubi Qafqaz regionunun perspektiv faktorları tədricən formalaşmağa, möhkəmlənməyə başlayacaq.

    Onu da qeyd edək ki, yenidən dizayn olunacaq müasir Cənubi Qafqaz modeli məhz Azərbaycanın hərbi-siyasi, maliyyə-iqtisadi, sosial və ticari layihələri ilə təşəkkül tapacaq. Yəni, Azərbaycan hazırda Cənubi Qafqazın yenidən dizayn olunması projesini reallaşdırmaqla məşğuldur. Və bundan sonra regionda əsas siyasi iradə sahibi statusunda Azərbaycanın qəbul edilməsi artıq qaçılmaz xarakter daşıyır.

    Bu səbəbdən də, rəsmi Bakının mövqeyinin hazırda beynəlxalq irdaə mərkəzləri tərəfindən xüsusi diqqət və həssaslıqla izlənməsi qətiyyən təəccüblü deyil. Çünki bundan sonra həmin supergüclər Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün ilk növbədə Azərbaycanla anlaşmalı olacaqlar. Əks halda, bu regionu sadəcə, xəritədə seyr etmək məcburiyyətində qala bilərlər.

    Bütün bunları nəzərə aldıqda, Azərbaycan Prezidenti İlham Əliyevin həm xalqa, həm də beynəlxalq siyasi iradə mərkəzlərinə verdiyi mesajların məzmunu böyük əhəmiyyət daşıyır. Ən azından ona görə ki, Prezident İlham Əliyevin mesajlarında Cənubi Qafqazın gələcək taleyinə yönəlik rəsmi Bakının hədəflərini göstərən önəmli siyasi, iqtisadi, hüquqi və hərbi şifrələr yer almaqdadır.

    Belə ki, Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın yumruğu sadəcə, düşmənin başını yaran yumruq deyil. Azərbaycanın yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir.

    Bunu Azərbaycanın gücünün və qüdrətinin diplomatik şəkildə izah olunaraq, hər kəsin diqqətinə çatdırılması kimi də anlamaq olar. Burada xalqın birliyinin xüsusi olaraq, vurğulanması və rəsmi Bakının mövqeyinin beynəlxalq qərar və qətnamələrdə öz əksini tapdığının qabardılması böyük önəm daşıyır.

    Azərbaycan Prezidenti bununla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kimin haqlı olduğunun və beynəlxalq hüquq normalarına uyğun davrandığının elə həmin beynəlxalq qərar və qətnamələrdə təsbit edildiyini ön plana çıxarır. Bu isə Azərbaycan ordusunun hərbi əməliyyatlarının arxasında beynəlxalq hüquq normalarının dayandığına eyhamdır.

    Eyni zamanda, Prezident İlham Əliyev həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın kənar yardıma ehtiyacı olmadığını da biruzə verir. Yəni, rəsmi Bakı bu prosesdə hər iki münaqişə tərəfinə münasibətdə kənar müdaxilənin olmamasına daha böyük önəm verdiyini qətiyyən gizlətmir.

    Əslində, Azərbaycan Prezidentinin “Status-kvo artıq yoxdur” deməsi də məhz bu mövqenin təzahürü sayıla bilər:“Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək, status-kvonu dəyişdirib”.

    Bütün bunlardan anlaşılan odur ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərinə və öz “vasitəçilik xidmətləri”ni təklif edən digər beynəlxalq qurumlara “Siz qarışmayın, Azərbaycan münaqişəni özü həll etməyə qadirdir” mesajını verir. Yəni, bu problemin həllinin 30 il müddətində düyünə salınmasında xüsusi rol oynayanların kənarda duracağı təqdirdə, rəsmi Bakı ən qısa zamanda Dağlıq Qarabağ münaqişəsini nizamlamağa nail olacağına tamamilə əmindir.

    Əslində, son vaxtlar cərəyan edən proseslərə diqqətlə yanaşsaq, Azərbaycan Prezidentinin bu mövqeyinin beynəlxalq siyasət məkanında öz təsirini göstərdiyinin şahidi ola bilərik. Belə ki, hazırda əksər nüfuzlu dövlətlər bu münaqişəyə müdaxilə etməyə qətiyyən həvəs göstərmirlər. Əksinə, Azərbaycanın maraqlarına uyğun bəyanatlar verərərk, beynəlxalq hüquq normalarına görə haqlı tərəfin ünvanını tam dəqiqliyilə göstərmiş olurlar.

    Məsələ ondadır ki, Rusiya Ermənistanın barbar hərbi-siyasi rəhbərliyini məyus etməkdə davam edir. Belə ki, Kreml Rusiya ordusunun Dağlıq Qarabağ münaqişəsi bölgəsində istifadəsinin planlaşdırılmadığını rəsmən bəyanlayıb.

    Buna paralel olaraq, daha bir önəmli açıqlama Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov tərəfindən verilib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə üçüncü ölkələrin cəlb olunması yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür”.
    Göründüyü kimi, Kreml bu iki açıqlama ilə Paşinyan hakimiyyətinə Rusiyadan Ermənistana dəstəyin olmayacağını anlatmağa çalışır. Və bu, Paşinyan hakimiyyəti üçün Ermənistan ordusunun savaş meydanında darmadağın edildiyi bir şəraitdə olduqca sarsıdıcı bir zərbədir.

    Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycanın qarşısında təkbaşına buraxıb, regionda baş verənləri müşahidə etməklə kifayətlənmək niyyətindədir. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti bundan sonra münqişə ilə bütün məsələləri məhz rəsmi Bakı ilə həll etmək niyyətindədir.
    Maraqlıdır ki, Avropa Birliyinin mövqeyinin əsas prinsipial ifadəçilərindən biri olan Almaniya kansleri Angela Merkelin “Dağlıq Qarabağ və ona bitişik 7 bölgə Azərbaycanın ərazisidir” dediyi bir şəraitdə Paşinyan hakimiyyətinin rəsmi Bakı ilə birbaşa danışıqlar aparması o qədər də asan deyil. Çünki belə bir danışıqların baş tutacağı təqdirdə, Ermənistanın Azərbaycan qarşısında tam kapituliyasiya sazişini imzalamaqdan başqa çarəsi qalmamış olacaq.

    Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakının mövqeyi qəti və dəyişməzdir. Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif və ssenariləri işə yaramayacaq. Yəni, Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyi məhz rəsmi Bakının ssenari və planları çərçivəsində nizamlanacaq.

    Prezident İlham Əliyevin son açıqlamasında bu məsələyə də tam şəkildə aydınlıq gətirilib: "DAĞLIQ QARABAĞda heç bir REFERENDUM olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik".
    Bu, o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyi ilə bağlı Ermənistanın mövqeyi ümumiyyətlə, nəzərə alınmayacaq. Yəni rəsmi Bakı hesab edir ki, Azərbaycanın ərazi bütovlüyü ilə bağlı heç bir məsələ Ermənistanla və ya hər hansı üçüncü dövlətlə müzakirə mövzusu ola bilməz.

    Buradan belə nəticə çıxartmaq olar ki, son 30 ildə Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistan artıq məğlubdur və onun mövqeyi rəsmi Bakını və ümumiyyətlə, heç kimi maraqlandırmır. Çünki rəsmi Bakı 30 il düyünə salınıb, həll edilməyən problemi cəmisi 30 gün ərzində nizamlamağa nail olub.

    Azərbaycanın tarixi və qanuni ərazilərində ikinci erməni dövləti yaratmağa can atan Ermənistanın xəyalları puç olub. Ona görə də indi barbar Paşinyan hakimiyyəti Dağlıq Qarabağı unudub, heç olmasa, fəlakətə sürüklənməkdə olan Ermənistanı xilas etmək barədə düşünmək məcburiyyətindədir./musavat.com

    Oxunub: 385
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.