Rusiya XİN-in müavini:
“Döyüşlər Qarabağda gedir, KTMT Yerevana kömək edə bilməz”
Rusiya xarici işlər nazirinin müavini, KTMT və postsovet məkanındakı digər inteqrasiya birliklərini kurasiya edən Aleksandr Pankin Qarabağda gedən hərbi əməliyyatlara KTMT-nin müdaxiləsinin mümkün olmadığını bəyan edib. Onun sözlərinə görə, KTMT-nin potensialından Dağlıq Qarabağ münaqişəsində istifadə barədə danışmaq ümumiyyətlə korrekt deyil.
“Münaqişə Ermənistan ərazisinə keçməyib, Ermənistandan sorğu daxil olmayıb. KTMT öz üzvlərinə müəyyən situasiyalarda, aşkar təcavüz baş verəndə kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, heç ermənilər də onu öz ərazilərinin bir hissəsi kimi tanımayıblar və yəqin heç tanınması da mümkün ola bilməz”,-Pankin jurnalistlərə bildirib.
Oxunub: 406
Xəbəri paylaş
Paylaş: