Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”- Anti-Azərbaycan isterikasının “travmalı fədaisi”ni bizə kim qısqırdır?
PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB - SENSASİON BİLGİLƏR YAYILDI
ƏLİYEV VƏ PAŞİNYAN AĞ EVDƏ! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
Press-fakt.az
    
  • Rusiyada “Krokus”-un Ağalarovdan alınmasını istəyənlər var - 
    Rusiyada “Krokus”-un Ağalarovdan alınmasını istəyənlər var -  Borodin kimdir?
  • 
  • Rusiya Qarabağda münaqişəni yenidən bərpa etmək istəyir -
    Rusiya Qarabağda münaqişəni yenidən bərpa etmək istəyir - Melkonyan
  • 
  • Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
    Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
  • 
  • KREMLİN “QAN ÇANAĞI” KİMİN BAŞINDA SINACAQ?-
    KREMLİN “QAN ÇANAĞI” KİMİN BAŞINDA SINACAQ?- Trampı nüvə eskalasiyasına çəkməyin arxasında nə durur?
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Tokayev Türkiyədən sonra Türkmənistanda səfərdədir
    Tokayev Türkiyədən sonra Türkmənistanda səfərdədir
  • 
  • “Dollar TƏHLÜKƏ ALTINDADIR”-
    “Dollar TƏHLÜKƏ ALTINDADIR”- “Trampın addımları vəziyyəti daha da pisləşdirir”
  • 
  • Bu direktor da səs yazısına görə işdən çıxarıldı
    Bu direktor da səs yazısına görə işdən çıxarıldı
  • 
  • Trampın hədəsinə Hindistan XİN-dən reaksiya
    Trampın hədəsinə Hindistan XİN-dən reaksiya
  • 
  • RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”-
    RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”- Anti-Azərbaycan isterikasının “travmalı fədaisi”ni bizə kim qısqırdır?
  • 
  • Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi -
    Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi - Hətta dərslikləri eşələyir
  • 
  • Şıxlinski barəsində məhkəmə qərar verib -
    Şıxlinski barəsində məhkəmə qərar verib - Həbs edildi
  • 
  • Vaxt azalır! Trampın xüsusi elçisi avqustun 6-da  Moskvaya gedəcək
    Vaxt azalır! Trampın xüsusi elçisi avqustun 6-da Moskvaya gedəcək
  • 
  • Qusman Bakıdadır -
    Qusman Bakıdadır - Sabiq nazirlərlə yanaşı əyləşdi /VİDEO
  • 
  • Tozlu hava üç gün davam edəcək
    Tozlu hava üç gün davam edəcək
  • 
  • “Putinin beyninə girmək mümkün deyil”-
    “Putinin beyninə girmək mümkün deyil”- “Onun başında problem var”
  • 
  • PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB -
    PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB - SENSASİON BİLGİLƏR YAYILDI
  • 
  • ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu
    ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu
  • 
  • Dünya bu görüntüdən danışır!
    Dünya bu görüntüdən danışır! Netanyahu çətin vəziyyətdə, insanlar küçələrə axışdı - FOTO
  • 
  • “Krokus Siti Hol” terrorunun məhkəməsi başlayır -
    “Krokus Siti Hol” terrorunun məhkəməsi başlayır - 19 nəfər mühakimə olunur
  • 
  • "Putin Zelenski ilə görüşməyə hazırdır"-
    "Putin Zelenski ilə görüşməyə hazırdır"-  Kreml
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • "DAĞLIQ QARABAĞDA HEÇ BİR REFERENDUM OLMAYACAQ, HEÇ VAXT!"- "Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər..."-İlham Əliyev
  • "ATƏŞKƏSİN ŞƏRTİ BELƏ OLMALIDIR: ONLAR ƏRAZİLƏRDƏN ÇIXMALIDIRLAR!"- İlham Əliyevin “Əl-Cəzirə” televiziyasına müsahibəsi
  • "BÜTÜN ƏRAZİLƏRİ AZAD ETMƏK ÜÇÜN SONA QƏDƏR GEDƏCƏYİK"- Prezidentin Fransanın “Figaro” qəzetinə müsahibəsi
  • Prezident “Figaro”ya danışdı: "ERMƏNİSTAN ANLAMALIDIR Kİ, İNDİ ONLAR DİKTƏ ETMƏK VƏZİYYƏTİNDƏ DEYİLLƏR"

    • Tarix: 24-10-2020, 15:14




    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.
    Globall.az Azərtac-a istinadla həmin müsahibəni təqdim edir:
     
    – Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?

    -Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.
    Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri, demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi.
    Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir.
    Beləliklə, bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi.

    Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik.

    – Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinın habı olmaq missiyası var. Eşitmişəm adı Neqsol olan Azərbaycan şirkəti Avropa və Mərkəzi Asiya arasında internet üzrə bağlantı rolunu oynamaq istəyir. Siz Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğunu düşünürsünüz?

    – Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin digər tərəfində – şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.

    İnternet bağlantısına gəldikdə isə, biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət, mənim bildiyimə görə, öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir.
    Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.

    – Növbəti sualım belədir. Bir aydan çox davam edən toqquşmalardan sonra cəbhədə hazırda həyata keçirilən hərbi əməliyyatların necə olduğunu bizə təsvir edə bilərsinizmi?

    – Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur.
    Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə – şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir.
    Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal altında idi.
    Beləliklə, biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, – onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, – bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik.

    – Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər.

    – Bu, feyk xəbərdir. Hesab edirəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər.

    Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, birincisi.
    İkincisi, ballistik raket Ermənistanın ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər. Raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar.
    Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.

    – Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?

    – Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi.

    İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur.
    Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq.
    Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir.

    – Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. 
    Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi?

    – Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq.
    Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir.
    Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir.

    – İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı?

    – Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində – İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.

    – Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimdir? Bu, Rusiyadırmı? Mümkün ən yaxşı vasitəçi Rusiyadırmı?

    – Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir.

    Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik.

    Bu 3 vasitəçinin hər biri mühümdür. Mən müşahidə edirəm, görürəm və bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir.

    – Cənab Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazır olasınız?

    – Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi.
    Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik.

    – Beləliklə, bu, münaqişədən çıxmaq üçün Sizin planınızdır, Azərbaycanın planıdır.

    – Bəli. Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə, hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq.

    Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur.
    Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar.

    – Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız necədir?

    – Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm.

    Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var.
    Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir.
    Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq.
    Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, – bu, Azərbaycanın böyük regionudur, – ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir.

    – Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda antierməni poqromları var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar.

    – Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara başladılar.
    Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, – onların çoxu qətlə yetirildi, – hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə – İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb olmamalıdır.

    Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır.
    Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil?
    Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var.

    -Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?

    -Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi.

    İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə, özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var.
    Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir.
    Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir.
    Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq.

    – Beləliklə, Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək planı var?

    – Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır. Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında.
    Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var.
    Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qısadır.

    Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq.
    Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.

    – Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir?

    – Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan.

    Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir.
    Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq.

    – Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?

    – Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi.
    Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var.
    Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.

    -Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənab Prezident.

    – Təşəkkür edirəm.

    Oxunub: 349
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      05-08-2025
      13:00 | Rusiyada “Krokus”-un Ağalarovdan alınmasını istəyənlər var -  Borodin kimdir?
      12:46 | TÜRKİYƏYƏ QARŞI ABŞ-İSRAİL-İRAN İŞBİRLİYİ...- Tom Barakın "yeni dəhliz" çağırışları reallaşacaqmı?
      12:40 | Rusiya Qarabağda münaqişəni yenidən bərpa etmək istəyir - Melkonyan
      12:00 | Hazırlıqlar tamamlandı! Türkiyə bu ölkədə KOSMİK BAZA qurur
      11:55 | Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
      11:44 | Netanyahu Qəzzaya hücumları genişləndirir - Quru hücumu planlaşdırılır
      11:30 | KREMLİN “QAN ÇANAĞI” KİMİN BAŞINDA SINACAQ?- Trampı nüvə eskalasiyasına çəkməyin arxasında nə durur?
      11:15 | Rusiyada benzin rekord həddə bahalaşdı - Ukrayna PUA-ları yanacaq bazarını “silkələyir”
      11:00 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      01:00 | Pentaqon "Patriot" batalyonlarının sayını artırmağı planlaşdırır
      00:55 | Tokayev Türkiyədən sonra Türkmənistanda səfərdədir
      00:45 | “Dollar TƏHLÜKƏ ALTINDADIR”- “Trampın addımları vəziyyəti daha da pisləşdirir”
      00:40 | Ukraynaya 500 milyon avro dəyərində Amerika silahı verən ilk ölkə olacaq
      00:35 | Bu direktor da səs yazısına görə işdən çıxarıldı
      00:30 | Trampın hədəsinə Hindistan XİN-dən reaksiya
      00:25 | Almanlar müharibəyə hazır deyil?- Gənclər icbari xidmətdən qaçır /SORĞU
      00:20 | RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”- Anti-Azərbaycan isterikasının “travmalı fədaisi”ni bizə kim qısqırdır?
      00:15 | "Netanyahu hökuməti ölkəni sonsuz müharibəyə sürüklədi"- Müxalifət lideri
      00:10 | Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi - Hətta dərslikləri eşələyir
      00:05 | "Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq"-  Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
      00:00 | Şıxlinski barəsində məhkəmə qərar verib - Həbs edildi
      04-08-2025
      19:15 | Hər il 20 milyon insanı öldürür - İnfarktın bu 5 əlamətinə diqqət edin!
      19:00 | Vaxt azalır! Trampın xüsusi elçisi avqustun 6-da Moskvaya gedəcək
      18:30 | Dövlət Xidməti TENDER KEÇİRMƏDƏN 5,8 MİLYONLUQ 7 satınalma müqaviləsi İMZALADI
      18:00 | “UTANMAQ LAZIMDIR!...”- Mötəbər bilik yarışında UĞURSUZLUQ
      17:56 | Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır - FOTO
      17:45 | Qusman Bakıdadır - Sabiq nazirlərlə yanaşı əyləşdi /VİDEO
      17:35 | Tozlu hava üç gün davam edəcək
      17:30 | “Putinin beyninə girmək mümkün deyil”- “Onun başında problem var”
      15:15 | PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB - SENSASİON BİLGİLƏR YAYILDI
      15:00 | Prezident Əliyev Rusiyaya buna görə cavab verdi - Pol Qobldan mühüm açıqlama /Müsahibə
      14:55 | ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu
      14:45 | Dünya bu görüntüdən danışır! Netanyahu çətin vəziyyətdə, insanlar küçələrə axışdı - FOTO
      14:35 | “Krokus Siti Hol” terrorunun məhkəməsi başlayır - 19 nəfər mühakimə olunur
      14:30 | NİYƏ MƏHZ AYVAZOVSKİ?- Nədən “sülhməramlılar” digər büstləri aparıb, tək onu saxlayıblar?
      14:20 | Arvadını qətlə yetirən şəxs 15 il azadlıqdan məhrum olunub
      14:15 | "Putin Zelenski ilə görüşməyə hazırdır"-  Kreml
      14:10 | "Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı -  4 ay əvvəl təyin edilmişdilər
      14:05 | "Xameneyinin baxışı dəvə baxışıdır"- Hökumət mollası
      14:00 | TƏBRİZ, NİYƏ DOKTORA DƏSTƏK OLMURSAN?..
      13:55 | HƏMAS danışıqlara davam etmək üçün 250 yardım TIR-ı istədi - İDDİA
      13:45 | Ərdoğan Kiyevə gedir - Səfirdən AÇIQLAMA
      13:40 | Rusiya donanmasına ağır zərbə -  "Knyaz Pojariskiy" ifşa oldu
      13:33 | Xaricdə oxumaq hüququ: onların şikayətinə rəsmi cavab…
      13:00 | ƏLİYEV VƏ PAŞİNYAN AĞ EVDƏ! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
      12:45 | Bu ölkələrdən Azərbaycana dəvə idxalına məhdudiyyət qoyuldu
      12:30 | Bu ölkə Ukrayna müharibəsinin sponsorudur - Ağ Evdən SƏRT AÇIQLAMA
      12:20 | MİT-dən məxfi əməliyyat: PKK-nın əlindəki iki məmurunu geri aldı
      12:00 | “Sosial şəbəkələrdə ən çox söyüşü dindarlar yazır”- İlahiyyatçı
      11:55 | Dünya NÜVƏ UÇURUMU astanasında: Kimdə NEÇƏ BOMBA VAR və SAVAŞ BAŞLASA NƏ OLACAQ?
      11:44 | İsrail Qəzzada Fələstin Qızıl Ayparasını bombaladı
      11:40 | Türkiyə Suriyada 3 hərbi baza yerləşdirməyə hazırlaşır - Yeni detallar
      11:30 | Dəhşət! Miqrant gəmisi batdı: 55 nəfər öldü
      11:25 | Azərbaycan ərazisində zəlzələlər qaçınılmazdır! - AÇIQLAMA
      11:20 | PUTİNİN XƏYALINDAKI “QƏLƏBƏ”...-  ABŞ Moskvanı buna doğru itələyir
      11:15 | Tərtərdə silahlı insident: “AK-74”-dən atəş açan qazi həbs edildi
      11:10 | “Azərbaycanın bu razılaşmaya qoşulmasına zərurət yoxdur”- “Risklər qazancdan çox ola bilər....”
      11:05 | Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb
      11:00 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      01:00 | ПЕРЕСЕЛЕНИЕ АРМЯН НА ОСНОВЕ РУССКОЯЗЫЧНЫХ ИСТОЧНИКОВ
      00:55 | КАК СОЗДАВАЛАСЬ ИСТОРИЯ АРМЯН КАВКАЗА?
      00:44 | УЧЕНЫЕ РАЗОБЛАЧИЛИ ЛОЖЬ АРМЯН
      00:30 | Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 7 ayda 250 min ton yük daşınıb
      00:25 | "Ford" yeni nəsil elektrik avtomobillərini təqdim edəcək
      00:20 | MAQATE nümayəndələri Tehrana səfər edəcək
      00:15 | Suriya və İsrail nazirləri Bakıda görüşdü
      00:10 | Rusiyaya bibər aparanların yükündən 103 kq narkotik çıxdı - Fotolar
      00:05 | Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var?-  Siyahı
      00:00 | İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir
      03-08-2025
      19:00 | Özəl məktəblərdə təhsil haqqı 44 min manata qədər yüksəlir - Siyahı və qiymətlər
      18:50 | Kazino Gürcüstana çox qazandırır, amma... "harda kazino varsa, orada fahişəxanalar da olur..."
      17:30 | "Azərbaycan qazı Suriyaya ümid verir"- “Haber Global”/VİDEO
      16:15 | İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
      16:05 | Ən təhlükəli il gəlir...- Məşhur kahinin kəhanətləri gündəm oldu
      16:00 | ABŞ-ın atom sualtı qayıqları Qara dənizə BURAXILACAQMI?- Türkiyədən icazə almalıdır
      15:55 | İsti hava şəraiti avqustun 8-dək davam edəcək
      15:50 | Rusiya Donetskə zərbələr endirib, 5 nəfər ölüb, 11 nəfər yaralanıb
      14:15 | YADDAŞ NECƏ KƏŞF OLUNDU?- Erik Kandel yazır ki...
      14:05 | Referendum keçirilsəydi, britaniyalıların üçdə biri Aİ-dən çıxmağa səs verərdi
      14:00 | Yazıçı Elçin Əfəndiyev ömrünün 82-ci ilində vəfat edib
      13:55 | Region yenə silkələndi - 73 ildən sonra nə baş verir?
      13:45 | Dövlət qulluqçularına döymə QADAĞANDIR?- Hüquqi İZAH
      13:40 | MƏZUN olduqdan sonra KİM HARADA İŞLƏYİR VƏ NƏ QƏDƏR MAAŞ ALIR?-  ARAŞDIRMA
      13:30 | “Sea Breeze”dəki kazinoya bu şəxslər BURAXILMAYACAQ
      13:25 | Hava proqnozu: Sabah 41 dərəcə isti olacaq
      12:15 | Bakıda əhalinin ən çox və ən sıx yaşadığı RAYONLAR - SİYAHI
      12:10 | Tramp Rusiyanın “nüvə blefini” ifşa etdi - Nüvə siyasəti artıq emosiyalar və...- DETALLAR
      12:00 | İsrailin hücumları nəticəsində Qəzzada daha 37 fələstinli öldü
      11:45 | Ukraynadan PUA hücumu - Soçidə neft bazası partladıldı
      11:40 | Pezeşkian üçün PAKİSTANDA MÖHTƏŞƏM QARŞILANMA
      11:35 | Bir ay ərzində Ukraynanın itirdiyi ərazilərin SİYAHISI
      11:30 | Prezident Fəxrəddin Manafovla bağlı sərəncam İMZALADI
      11:25 | Zatulindən qisas çağırışı: Azərbaycan təyyarələri Rusiyaya buraxılmasın!
      11:20 | Putin hələ də ciddi danışıqlara hazır deyil - Böyük Britaniyanın xarici işlər naziri
      01:21 | UKRAYNADA KORRUPSİYA QALAMQALI: DEPUTAT VƏ SABİQ QUBERNATOR SAXLANILDI - FOTOLAR
      01:11 | Trampın xüsusi nümayəndəsi Moskvaya gedir - SƏBƏB
      01:00 | Ermənistan Baş Prokurorluğu kilsəyə qarşı iddia qaldırıb: Əmlak MN-ə qaytarılsın
      00:45 | Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına KÖNÜLLÜ TƏSLİM OLUB
      00:40 | 4 ÖLKƏ Azərbaycan qazının Suriyaya çatdırılmasına dair BƏYANAT YAYDI
      00:35 | Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır - hay saytı
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.