Müdafiə Nazirliyi:
"Düşmənin 3 tankı, 2 sığınacağı və 4 dayaq məntəqəsi məhv edilib"
Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.
Globall.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələri düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: