Rəsmi Moskvadan Qarabağla bağlı daha bir açıqlama:
"Vəziyyəti yaxından izləyirk"
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirb ki, Kreml Qarabağdakı vəziyyəti diqqətlə izləyir və problemin sülh yolu ilə həll olunmasının mümkün olduğuna inanır.
RİA Novosti xəbər verir ki, o, bunu ABŞ-da Dağlıq Qarabağla bağlı əldə olunan yeni bir humanitar atəşkəs razılaşması barədə suala cavabda deyib: “İndi təmas bölgəsindəki vəziyyəti yaxından izləməyə davam edirik. Hələ də inanırıq ki, bu problemin sülh yolu ilə həll yolu tapılacaq”.
Globall.az
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: