“Rusiya dərhal sülhməramlılarını Laçın dəhlizinə yeritməlidir...”-
ermənipərəst politoloq
“Cənubi Osetiya və Ukraynada da Moskva sonda danışıq-güzəşt taktikasından hərəkətə keçib...”
“20 il əvvəl Serbiyada olduğu kimi, Rusiya dərhal yeni "Priştina hücumu" etməlidir. Və bu tələskənlik Azərbaycan və ya Türkiyə ilə müharibə üçün deyil, Qarabağın mümkün blokadasının qarşısını almaq və mülki əhalisini qorumaq üçün lazımdır...”
“Əslində, Ermənistanla sərhədlərdə silahlı qarşıdurmanın güclənməsi ilə əlaqədar Rusiya Federasiyası üçün mənfi nəticələrin böyüməməsi üçün Moskva dərhal sülhməramlılarını Laçın dəhlizinə yeritməlidir. 20 il əvvəl Serbiyada olduğu kimi, dərhal yeni "Priştina hücumu" etməlidir. Və bu tələskənlik Azərbaycan və ya Türkiyə ilə müharibə üçün deyil, Qarabağın mümkün blokadasının qarşısını almaq və mülki əhalisini qorumaq üçün lazımdır. Düşünürəm ki, Rusiya anlamağa başlayır ki, Rusiya Federasiyası Qarabağda hərbi gücdən nə qədər gec istifadə etsə, onun üçün bir o qədər pis olacaq...