"Abbas Əraqçi Moskvaya getdi - "Qarabağ Planı" ilə

İran xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi Dağlıq Qarabağ böhranının həlli təşəbbüsü ilə Moskvaya yola düşüb.
Globall.az IRIB-ə istinadla xəbər verir ki, İslam Respublikası prezidentinin xüsusi elçisi Azərbaycan Respublikasının rəsmiləri ilə danışıqlardan sonra Rusiya paytaxtında “Qarabağ Planı”nı təqdim edəcək.
Abbas Əraqçi İran təşəbbüsü ilə bağlı bildirib: “ATƏT-in Minsk qrupu son 30 ildə Azərbaycanla Ermənistan arasındakı mübahisələri həll edə bilməyib və İran regional əməkdaşlıq yolu ilə Bakı-İrəvan mübahisəsinə son qoymağa çalışır. Əlbəttə, bu, çətin bir işdir. Minsk qrupundakı xarici aktyorlar bölgədən yalnız siyasi deyil, həm də mənəvi-hissiyyatlı baxımdan uzaqdır, onların Dağlıq Qarabağda sülhün yaradılması səyləri səmimilikdən uzaqdır. İslam Respublikasının təklifi atəşkəs rejiminin yaradılması, yaşayış yerləri və mülki bölgələrə hücumların dayandırılması, habelə köçkünlərin evlərinə qayıtması da daxil olmaqla, humanitar prinsiplərə əsaslanır”.
Xarici işlər nazirinin müavini əlavə edib: “Dağlıq Qarabağ böhranının həlli üçün planımızı təklif etdik və münaqişə tərəflərindən cavab gözləyirik”.
Xatırladaq ki, Abbas Əraqçi Moskvada Rusiya xarici işlər nazirinin Orta Asiya və Qafqaz üzrə müavini Andrey Rudenko ilə görüşəcək.
Bundan sonra İran rəsmisi İrəvan və Ankaraya yollanacaq.
Oxunub: 259
Xəbəri paylaş
Paylaş: