"Qarabağ münaqişəsinin sadə həlli yoxdur..."-
Putin SSRİ rəhbərliyini günahlandırdı
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sadə həllinin olmadığına əmindir.
Ölkə lideri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistan və Azərbaycan maraqlarının balansını tapmaq lazımdır.
Onun sözlərinə görə, Qarabağdakı nizamlanmanın ilk mərhələsində hərbi əməliyyatları dayandırmaq və danışıqlar masasına oturmaq lazımdır.
Putin deyib ki, bu situasiyada “hər tərəfin öz həqiqəti var” və sadə həll mövcud deyil. “Düyün çox bərk bağlanıb”,-o vurğulayıb.
Lakin Putin əlavə edib ki, Rusiya əvvəldən “Ermənistanın zəbt etdiyi beş və daha sonra iki rayonun” qaytarılması imkanları haqda danışıb.
“Biz əvvəldən bu nöqteyi-nəzərdən-Azərbaycana əvvəlcə beş, sonra iki rayonunun qaytarılması,, Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı əlaqələr, kommunikasiyaların açılması və s. imkanlarından çıxış edirdik, hansı ki, bizim mövqeyimiz tamamilə açıqdır”,-Rusiya prezidenti bildirib.
Vladimir Putin Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.
“Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi”, - o deyib.