ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi
ABŞ hərbçiləri qitələrarası “Minuteman III” ballistik raketi sınaqdan keçirib.
"Report"un məlumatlna görə, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının məlumatında deyilir.
"Bu səhər bizim döyüş hazırlığımızı və strateji dözümlülüyümüzü göstərən silahsız “Minuteman III” qitələrarası ballistik raket sınaqdan keçirilib", - xəbərdə deyilir.
Raket Kaliforniya ştatının cənubundan Sakit okeandakı poliqona buraxılıb.
Mərmi 6 760 kilometr məsafəyə uçub və Sakit okeanda Kvadjaleyn mərcan adasına çatıb.
Sınaq uğurlu hesab edilib.
Oxunub: 361
Xəbəri paylaş
Paylaş: