Tramp siyasətçi olmadığını bildirib
ABŞ prezidenti Donald Tramp bildirib ki, o özünü siyasətçi hesab etmir.
Ağ Ev rəhbəri müvafiq bəyanatı özünün "Twitter"dəki hesabında yazıb.
"Mənim bəyanatlarım Vaşinqtonun tipik siyasətçilərinin çıxışları ilə oxşar deyil, çünki mən siyasətçi deyiləm”, - deyə Tramp bildirib.
"Mən həmişə Vaşinqtonun siyasi elitasının qaydaları üzrə oynamıram, ona görə ki, mən sizin (seçicilər-red) uğrunuzda güclü mübarizə aparmaq üçün seçilmişəm", - o əlavə edib.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: