UEFA Avropa Liqası tarixində rekord məsafədən qol qeydə alınıb -
VİDEO
UEFA Avropa Liqasının qrup mərhələsində II turunda E qrupunda keçirilən "Omoniya" (Kipr) – PSV (Niderland) qarşılaşmasında Avropa Liqası tarixində rekord qeydə alınıb.Globall.az xəbər verir ki, "Omoniya"nın futbolçusu liqa tarixində ən uzun məsafədən qol vurub.Belə ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Jordi Qomes 56 metrlik məsafədən topu rəqib qapısından keçirib. Bu, turnirin tarixində ən uzaq məsafədən vurulan qol olub.Qeyd edək ki, qarşılaşma PSV-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Qomes bununla Şotlandiyanın "Reyndcers" klubunun oyunçusu Kemar Rufun rekordunu üstələyib. Sonuncu oktyabrın 22-də Belçikanın "Standart" komandasına 50 metrlik məsafədən qol vurmuşdu.
Oxunub: 407
Xəbəri paylaş
Paylaş: