Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
DƏBDƏBƏLİ VİLLA, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
“MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
Press-fakt.az
    
  • ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
    ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
  • 
  • İsrail Livana  “idarə olunan raketlə” hava zərbəsi endirib
    İsrail Livana “idarə olunan raketlə” hava zərbəsi endirib
  • 
  • "İran nüvə obyektlərini yenidən quracaq" - 
    "İran nüvə obyektlərini yenidən quracaq" -  Pezeşkian
  • 
  • “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”-
    “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”- Ukraynalı general
  • 
  • Bakıda və bəzi rayonlarda yağış yağacaq - 
    Bakıda və bəzi rayonlarda yağış yağacaq -  Hava proqnozu
  • 
  • Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
    Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
  • 
  • Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir - 
    Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir -  VİDEO
  • 
  • 310 əcnəbi jurnalist bir arada -
    310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza baxacaqlar
  • 
  • ali təhsilli müəllim-MƏMUR KİMDİR?
    30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
  • 
  • Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
    Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
  • 
  • Nevada səhrasında 315 nəfərin külü TAPILDI
    Nevada səhrasında 315 nəfərin külü TAPILDI
  • 
  • 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
    2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
  • 
  • "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
    "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
  • 
  • Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
    Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
  • 
  • Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
    Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
  • 
  • Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
    Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
  • 
  • Prokurorluq Qaradağ RİH-ə girdi,
    Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
  • 
  • İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
    İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
  • 
  • Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib -
    Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
  • 
  • Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
    Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
  • 
  • Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?-
    Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • Azərbaycanın almaq istədiyi, döyüşlərdə uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA
  • "Onlar başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar..."- Prezidentdən "İnterfaks"a mühüm açıqlamalar
  • "Ermənistan rəhbərliyinə bir sözüm var: Torpaqlarımızdan nə qədər tez çıxsanız, sizin üçün o qədər yaxşı olacaq..."
  • DRON SÜRÜSÜ - Düşməni vahiməyə salan KARGU haqda bilmədiklərimiz

    • Tarix: 1-11-2020, 13:26



    Son günlərdə KİV-də Azərbaycanın Türkiyədən KARGU zərbə tipli PUA-lar əldə etdiyi barədə məlumatlar tirajlanır. Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı geniş təhlillər aparıb. Globall.az musavat.com-a istinadən onun məqaləsini təqdim edir:

    - Əslində, Qarabağda hərbi əməliyyatlar həyata keçirən, işğal altındakı torpaqlarını azad edən Azərbaycanın Türkiyənin yerli və milli istehsalı olan hansısa vasitəni əldə etməsi təəccüblü olmamalıdır. Əksinə, Azərbaycanın ehtiyac duyduğu və qardaş ölkənin istehsal etdiyi müasir avadanlıq ordumuzun istifadəsində olmasaydı, təəcüblü ola bilərdi.

    Türkiyə yalnız öz məqsədləri üçün deyil, həm də tərəfdaş ölkələrə ixrac edilməsi mümkün olan müxtəlif təyinatlı PUA-ları, o cümlədən zərbə tipli “dron sürüləri”ni hazırlayır və istehsal edir. Azərbaycan da təbii olaraq bu PUA-ları ala, istifadə edə bilər.
    Mövzuya bir az geniş aspektdən nəzər salaraq, KARGU-nun istehsalçısı, təyinatı, imkanları, modifikasiyaları, taktiki texniki xüsusiyyətləri barədə oxuculara məlumat verəcəyik.

    İstehsalçı

    Kvadrokopter tipli KARGU PUA-sı Türkiyənin STM Müdafiə Texnologiyaları Mühəndisliyi və Ticarət A.Ş tərəfindən hazırlanıb. Bu şirkət 1991-ci ildə Müdafiə Sənayesi İcra Komitəsinin qərarı ilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Müdafiə Sənayesi Nazirliyinə (SSB) sistem mühəndisliyi, texniki dəstək, layihə idarəetməsi, texnologiya transferi, logistik dəstək xidmətləri göstərmək məqsədilə təsis edilib.

    STM Milli və Beynəlxalq Dəniz Layihələrində sualtı və suüstü gəmilər, pilotsuz vasitələr, hərbi obyektlər, tərsanələr, gəmiqayırma, modernləşdirmə və təmir-servis fəaliyyətləri üçün mühəndislik xidmətlərini təmin edir. STM kibertəhlükəsizlik və müdafiə layihələri də həyata keçirir.

    Şirkət həyata keçirdiyi Ar-Ge fəaliyyətləri ilə maneə arxasındakı hədəfləri aşkar edən RLS-lər, PUA-lar, avionika, SAR (sintetik radarlar), kosmik və stimulyasiya texnologiyası sahəsində də uğur qazanmaqdadır.

    STM 15 ildən çoxdur ki, reallaşdırdığı hərbi və mülki aviasiya layihələrindən əldə etdiyi təcrübə ilə hər cür hava platforması üçün xüsusi aviasiya proqramları, idarəetmə və dəstək sistem həllərinə aid geniş məhsul çeşidlərini təklif edir.

    Hərbi aviasiya sahəsində şirkət müxtəlif təyinatlı helikopterlər üçün Rəqəmsal Xəritə və Vəzifə Planlaşdırma Sistemini, C-130 ERCİYES təyyarəsi üçün Yerüstü Vəzifə Planlaşdırma Sistemini, PUA-lar üçün Vəzifə Planlaşdırma Proqramını, təyyarələrin Yerüstü İzləmə Sistemini, Meteoroloji Analiz Sistemini hazırlayıb.
    Bundan başqa, STM həm idarəetmə və informasiya texnologiyaları sahəsində, həmcinin Raketdən və Hava Hücumundan Müdafiənin İnformasiya Sistemlərinin hazırlanması ilə məşğuldur. ALTAY əsas tankının idarəetmə, nəzarət və döyüş informasiya sistemi ilə bərabər "Leopard-1T" tanklarının, təkmilləşdirilən zirehli personal daşıyıcılarının və bir çox suüstü döyüş vasitələrinin idarəetmə, nəzarət və döyüş informasiya sisteminin hazırlanması da STM-ə məxsusdur.

    Şirkətin digər bir istehsalı isə sürü şəklində və ya avtonom hərəkət edərək vəzifələrini yerinə yetirə bilən zərbə tipli KARGU PUA-larıdır.


    Təyinatı

    Şirkət daxili imkanları sayəsində bu PUA-ları dərin müşahidə bazasına malik optik elementlərlə təmin edir. Asimmetrik müharibə vasitəsi hesab olunan KARGU kompüter vasitəsilə real zamanda obyektlərin aşkarlanmasını, izlənməsini, tanınmasını, təsnifatlandırılmasını və onlara zərbə endirilməsini həyata keçirmək üçün hazırlanıb. PUA əldə etdiyi görüntüləri real zamandan operatora ötürə bilir. 

    STM şirkətinin istehsal etdiyi PUA-lar Azərbaycan üçün daim maraq kəsb edib. Azərbaycanın müdafiə naziri IDEF-2019 sərgisində iştirak edərkən şirkətin KARGU və ALPAGU PUA-ları ilə xüsusilə maraqlanıb. KARGU asimmetrik müharibə və ya terrorla mübarizə sahələrində istifadə üçün tək əllə daşınan, avtonom və ya uzaqdan idarə olunan, 4 ədəd dönən qanadlı, kvadrokopter tipli zərbə PUA-sıdır. Bu aparat yerüstü idarəetmə qurğusundan və PUA batareya yükləmə modulundan ibarətdir.

    Modifikasıyaları və taktiki texniki xüsusiyyətləri

    KARGU ən azı iki versiyada hazırlanıb. İlk versiya "Block I" adlanır, onlar elektrik mühərrikləri litium-polimer batareyalarla təchiz edilir, 15 kq kütləyə malikdir və havada 30 dəqiqə qala bilir. Maksimum uçuş yüksəkliyi 2800 metr, optimal yüksəkliyi 500 metr, fəaliyət radiusu 5 km, maksimal sürəti 72 km/saatdır. 

    Hücum zamanı şığıma sürəti isə 120 km/saata çatır. Ölçüləri 600 mm x 600 mm x 430 mm olan aparatın qalxma kütləsi 7060 qramdır. KARGU kvadrokopteri -20 dərəcədən + 50 dərəcəyədək temperaturda çalışa bilir. Onun əməliyyata buraxılması üçün 1 dəqiqədən də az zaman tələb olunur.

    KARGU "Block II" adlanan digər variantda uçuş müddəti qorunub, lakin üçüş kütləsi 5 kq-a qədər endirilib.
    Şirkətin məlumatına görə, PUA 20-dən çox aparatla birgə "sürü" tərkibində fəaliyyət göstərə və uçuş proqramına uyğun olaraq hədəfə müstəqil hücum edə bilir.
    TSQ bu il Suriyada keçirdiyi hərbi əməliyyatlarda 29 ədəd KARGU "Block II" PUA-larını eyni zamanda sürü şəkilində tətbiq etməklə onların real imkanlarının şirkətin göstəricilərindən daha yüksək olduğunu sübut edib. TSQ-nin hazırda "Block II" versiyasının ən azı 500 ədədindən aktiv istifadə etdiyi ehtimal olunur.



    Dron yerüstü idarəetmə stansiyasının operatoru tərəfindən idarə olunur. Operator dronları istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldə bilər. Bu PUA hədəfi məhv etməyibsə, sonradan təkrar istifadə üçün operatorun yanına qaytarıla bilir.

    Şirkət "sürü əməliyyatları” yolundakı uğurlarını inkişaf etdirir, operatorun yükünü azaltmaq üçün süni zəkanın inteqrasiya imkanlarını artırır, GPS siqnalı və rabitə kanalı olmadan aparatın idarə olunması istiqamətində ciddi addımlar atır.

    STM şirkəti KARGU üçün kütləsi 1.3 kq olan piyada əleyhinə qəlpəli döyüş başlığı hazırlayıb. Eyni kütləyə malik termobarik və zirehdələn sursatlar isə bir neçə ay əvvəl təsnifatlandırmanın son mərhələsində olub. Bu baxımdan Azərbaycanın da bu sursatlara malik KARGU-ları əldə etməsi mümkündür.
    STM şirkətinin Türkiyə ordusunun əməliyyat zamanı logistika ehtiyaclarının qarşılanmasında istifadə olunacaq və 1 saat havada qalma imkanına sahib olacaq yeni versiyalı KARGU PUA-sının hazırladığı barədə də məlumatlar mövcuddur. PUA-nın təyinatı ilə bərabər adının dəyişməsi də istisna edilmir. 50 kiloqram yük daşıma imkanına sahib olacaq PUA-ları silah, döyüş sursatı, tibbi avadanlıq kimi ehtiyacları çox qısa müddətdə təhlükəsizlik qüvvələrinə çatdıra biləcək.

    İmkanları

    Kvadrokopter tipli (VTOL konstruksiyalı) KARGU PUA-larının ilk versiyası 2017-ci ildən, ikinci versiyası isə bu ilin əvvəlindən etibarən Türkiyə Silahlı Qüvvələrinə ixrac edilir. Digər ixracatçılar haqqında rəsmi məlumat yoxdur. KARGU dünyada az sayda mövcud olan “zərbə tipli sürü PUA-ları” sinifinə aiddir. Onun texniki imkanları aşağıdakılardan ibarətdir:

    - Gündüz və gecə aktiv əməliyyat;
    - Minimal ziyanla müstəqil dəqiq zərbə;
    - Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhvetmə;
    - Müxtəlif sursatlardan istifadə;
    - Hərəkətdə olan hədəfə kilidlənmə;
    - Yüksək naviqasiya və nəzarət alqoritmləri;
    - Bir nəfər əsgər tərəfindən istifadə;
    - Vəzifəni ləğvetmə və ya özünü məhvetmə;
    - Təhlükəsiz geri qayıtmaq;
    - Təkmilləşdirilən və orijinal radioelektron mühafizə;
    - Tənzimlənən məsafədən hədəfi məhvetmə;
    - Xüsusi milli proqram təminatı;
    - Görüntü emalı əsaslı nəzarət tətbiqləri;
    - Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı;
    - İstifadədən əvvvəl sursat yükləmə imkanı;
    - 10 qat optik yaxınlaşdırma;
    - İstifadəçi “dostu” olan yerüstü idarəetmə proqramına malikdir.




    İstifadəsi və tətbiqi

    Bu pilotsuz uçuş aparatları düşmənin şəxsi heyətini məhv etmək üçün qəlpəli, yüngül zirehli təhdidlərə qarşı kumulyativ, məhdud məkanda yerləşən hədəflərə qarşı isə termobarik döyüş başlıqları ilə təchiz edilə bilir. PUA həm sabit, həm də hərəkətli hədəfləri məhv etmək üçün istifadə edilir.
    Pilotsuz vasitənin yarımavtonom rejimdə fəaliyyət göstərməsi KARGU-nun hədəfləri müstəqil aşkar edərək məhv edə biləcəyini ehtimal etməyə əsas verir. Operator dron hücumunu ləğv edə və ya onu başqa bir hədəfə yönləndirə bilər.

    PUA-ların sürü şəklində tətbiqi texnologiyası əvvəllər yalnız ABŞ və İsraildə mövcud idi, indi isə onun Türkiyədə və təbii ki, Azərbaycanda mövcudluğu şübhəsiz ki, qardaş ölkənin əldə etdiyi texnoloji səviyyənin göstəricisidir. Türkiyə PUA-larının Suriya, Liviya və Qarabağ ərazisində tətbiqi, Ankaranın bu sahədə dünyanın ən ciddi istehsalçısına çevrildiyini təsdiqləyir.

    Azərbaycan Silahlı Qüvvələrinin onlarla zərbə tipli pilotsuz vasitəni eyni vaxtda tətbiq etməsi, qoşunların hücum effektivliyini xeyli artıracaq. Ordumuz KARGU tətbiqi ilə yüngül zirehli texnika karvanlarını, adi yük və ərazi maşınlarını, silah-sursat anbarlarını, RLS-lərin anten qurğularını, onların zirehsiz, yüngül zirehli şassilərini və bu kimi digər hədəfləri rahatlıqla məhv edə biləcək. 

    Dron sürüsü ilə düşmənin hava hücumundan müdafiə sisteminin “basdırılmasına” və eyni anda çox sayda düşmən hədəflərinin daha təsirli məhv edilməsinə nail olmaq mümkündür.

    Oxunub: 642
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      02-11-2025
      15:45 | QARADAĞIN DEPUTATI icra hakimiyyətindəki HƏBSLƏRDƏN DANIŞDI: "Təəssüf hissi keçirirəm ki..."
      15:30 | İranda Rusiya əleyhinə təbliğat aparılır - Ruhulla Mübadder
      15:25 | ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
      15:20 | İsrail Livana “idarə olunan raketlə” hava zərbəsi endirib
      15:15 | "İran nüvə obyektlərini yenidən quracaq" -  Pezeşkian
      14:15 | Vaşinqtonda MƏRKƏZİ ASİYA SAMMİTİ:  Bölgə uğrunda MÜBARİZƏ GÜCLƏNİR /TƏHLİL
      14:05 | Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar niyə və neçə manat cərimələnə bilərlər?- VİDEO
      14:00 | “Putinlə Trampın görüşünə yox, buna ehtiyacı var”- Peskov
      13:55 | “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”- Ukraynalı general
      13:50 | Bakıda və bəzi rayonlarda yağış yağacaq -  Hava proqnozu
      13:45 | QARADAĞ RAYON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT - Müavin və daha iki vəzifəli həbs edildi /Yenilənib
      13:35 | Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
      13:30 | Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir -  VİDEO
      13:10 | 310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza baxacaqlar
      13:00 | Rus dilində ən uzun sözdə 55 hərf var - "Ginnesin Kitabı"nda rekord dəyişib
      12:50 | DƏBDƏBƏLİ VİLLA, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
      12:30 | 30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
      12:25 | Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
      12:20 | Nevada səhrasında 315 nəfərin külü TAPILDI
      12:00 | 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
      11:55 | Ermənistan AĞRI DAĞDAN RƏSMƏN İMTİNA ETDİ - 2025-ci il noyabrın 1-dən...
      11:50 | "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
      11:44 | Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
      11:40 | Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
      11:35 | Ukrayna ordusu “Qara Şahin” əməliyyatına başlayıb - Pokrovsk ətrafında döyüşlər şiddətlənir
      11:30 | MƏNZİL BAZARINDA BAHALAŞMA DAVAM EDİR -  Səbəb nədir? /VİDEO
      11:25 | İsmayıllıda bir gündə ikinci zəlzələ
      11:22 | Dünyanın sonu yaxınlaşır? Nostradamusdan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ
      11:20 | Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
      11:15 | Region çalxalanır: İrana qurudan hücum ola bilər - Bu istiqamətdə
      01-11-2025
      22:30 | Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
      19:40 | MİLYARDLARIN BATDIĞI RAYONLAR - Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməsə...
      19:30 | İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
      19:20 | Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
      15:05 | Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
      15:00 | Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
      14:30 | Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
      14:20 | Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
      14:15 | Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
      12:25 | “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
      12:15 | “RUSİYA İLƏ MÜHARİBƏ QAÇILMAZDIR”- “Biz artıq “sıfır fazası”ndayıq”
      12:00 | Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
      11:55 | Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
      11:50 | "Allah kəssin belə yaşayışı, dünən də bu gün yatdım”- Fədayə Laçından etiraf
      11:44 | BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
      11:31 | Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR - ESA-dan XƏBƏRDARLIQ
      11:15 | Tramp-Putin görüşü bu hadisədən sonra təxirə salınıb - Moskva rəsmi sənəd göndərib ki...
      11:11 | Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:01 | Trampın oğlu Ermənistana səfər edəcək
      10:15 | PALÇIQ, SU və AĞAC: VENESİYA1600 İLDƏN ÇOXDUR NİYƏ BATMIR? ONU SAXLAYAN SİSTEM NƏDİR?
      10:01 | “Dərman idxalının həcmi kəskin azalır, qiymətlər isə artır”- “Səbəbləri araşdırılmalıdır”
      09:40 | 10 milyon dollarlıq qızıl unitaz satışa çıxarılır - “Sərvətin simvolu” kimi deyil...
      09:35 | Yaşı 100-ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir
      09:30 | Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
      09:00 | VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
      08:55 | Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
      08:45 | Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
      01:00 | ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
      00:55 | "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
      00:50 | İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
      00:45 | Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
      00:40 | ABŞ hərbi zərbələr endirəcək -  Hədəflər açıqlandı
      00:35 | Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
      00:30 | Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
      00:25 | Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı -  Azərbaycanlı imiş
      00:20 | “AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ-FORMAL İŞÇİ VAR...”- “Asan və çevik mobil tətbiq yaradılmalıdır”
      00:15 | Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
      00:10 | Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
      00:05 | Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb
      00:00 | SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
      31-10-2025
      20:41 | "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
      15:30 | Deputat narazılıq etdi: "AZƏRBAYCANDA 600 MƏKTƏBİN DİREKTORU YOXDUR" -  "Hər dəfə yeni metodologiya kəşf olunur..."
      15:25 | Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
      15:20 | "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
      15:15 | "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
      14:15 | Tramp ABŞ-yə gələn qaçqın sayına limit qoydu - İldə cəmi 7500 nəfər...
      14:00 | “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?
      13:45 | Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
      13:15 | İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
      13:00 | "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
      12:45 | 2025-ci ildə Azərbaycanın qızıl ixracı 2 dəfə artıb
      12:30 | “Bir gün Azərbaycan liderinin nitqini İRƏVANDA EŞİTSƏNİZ, BİLİN Kİ...”- “İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”
      12:15 | "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
      12:10 | SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
      12:00 | “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
      11:55 | Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
      11:45 | Ceyhun Bayramov Səmərqənddə gürcüstanlı həmkarı ilə görüşdü
      11:40 | Ermənistan Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayırmadı
      11:35 | Rusiyanın bir neçə regionu dron hücumuna məruz qalıb -  Bu ərazilərdə partlayışlar olub
      11:30 | Bakıda tanınmış müğənni yol qəzasında həyatını itirdi - VİDEO/FOTO
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:15 | HƏBS OLUNAN sabiq İH başçısının VƏKİLİ DANIŞDI: “Bir onu deyə bilərəm ki…”
      11:10 | Azərbaycanda suya da limit tətbiq ediləcək
      11:05 | Elm və Təhsil Nazirliyində yoxlamalara başlanıldı
      11:00 | Ramiz Mehdiyevin gəlini işindən uzaqlaşdırılıb - Əhliman Əmiraslanov təyin etmişdi...
      00:40 | Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
      00:35 | "Qırmızı Komando" təşkilatına QARŞI ƏMƏLİYYAT -  ən azı 132 NƏFƏR ÖLDÜ
      00:30 | Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
      00:28 | Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.