İran 25 əyalət paytaxtına giriş-çıxışı bağlayıb
İran Tehran başda olmaqla 25 əyalət paytaxtına giriş-çıxışı bağlayıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, bağlanan şəhərlər sırasında Məşhəd, İsfahan, Şiraz və Təbriz kimi iri şəhərlər də var.
Koronavirusla bağlı qoyulan bu məhdudiyyətlər noyabrın 6-na qədər davam edəcək.
Qeyd edək ki, bir gün əvvəl İranda COVID-19-dan rekord həddə – 434 ölüm olub. Bundan başqa 24 saat ərzində 7 719 yeni yoluxma halı qeydə alınıb.
Ümumilikdə pandemiya başlayandan bəri İranda 620 491 nəfər koronavirusa yoluxub. Onlardan 35 298-i vəfat edib.
Oxunub: 427
Xəbəri paylaş
Paylaş: