Əfqanıstanda hərbi bazaya hücum olub -
24 nəfər yaralanıb
Əfqanıstanın Kunduz əyalətindəki hərbi bazaya hücum nəticəsində hərbçilər də daxil olmaqla 24 nəfər yaralanıb.
Bu barədə yerli xəstəxananın həkimlərindən biri “RİA Novosti”yə bildirib.
Bildirilib ki, hadisə noyabrın 3-də İmam Şahib rayonunda baş verib. Məlumata görə, hərbi hissənin yaxınlığında minalanmış avtomobil partlayıb. Bundan sonra hərbçilərlə silahlılar arasında atışma olub.
Həkim bildirib ki, yaralılardan 14-ü hərbçi, 10-u dinc sakindir.
Hücumun məsuliyyətini hələ ki heç bir silahlı qruplaşma üzərinə götürməyib./report
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: