Ağdərə istiqamətində döyüşlər: düşmənin bir neçə tankı vuruldu, batalyon komandiri məhv edildi

Müdafiə Nazirliyi bu gün cəbhənin Ağdərə istiqamətində gedən döyüşlər barədə yeni məlumat yayıb. Məlumatda deyilir ki, cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri, polkovnik-leytenant Nelson Akopcanyan da məhv edilib.
Oxunub: 411
Xəbəri paylaş
Paylaş: