Çində əhalinin siyahıyaalınması aparılır
Çin Xalq Respublikasında (ÇXR) əhalinin növbəti dəfə siyahıyaalınmasına başlanılıb.
Globall.az modern.az-a istinadla xəbər verir ki, ÇXR tarixində 7-ci dəfə keçirilən siyahıyaalınma prosesinə təxminən 7 milyon sayıcı cəlb olunub. Onlar ev təsərrüfatlarına baş çəkərək, vətəndaşlar haqqında məlumatları toplayırlar. Artıq ölkənin rəhbər şəxsləri, o cümlədən ÇXR Sədri, Dövlət Şurasının sədri, qanunverici orqanının rəhbəri müvafiq sorğuda iştirak ediblər.
Builki siyahıyaalınmanın yeniliklərindən biri vətəndaşlara smartfonlar üçün xüsusi tətbiq vasitəsilə onlayn qaydada anketləri və sorğu vərəqələrini doldurmaq imkanının yaradılmasıdır. Siyahıyaalınmanın nəticələri gələn ilin aprelində açıqlanacaq.
Qeyd edək ki, dünyada ən çox əhalisi olan Çində siyahıyaalınma prosesi hər 10 ildən bir keçirilir. Bundan əvvəlki siyahıyaalınmanın nəticələrinə əsasən, Çin əhalisinin sayı 1,37 milyard nəfər olub.