KXDR Çinlə sərhədlərini minalayır -
Koronavirusdan qorunmaq üçün
Şimali Koreya hakimiyyəti ölkəyə gətirilmə koronavirusdan qorunmağın ən radikal üsulunu düşünüb tapıb.
«Yonhap» agentliyinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Çinlə sərhədi qeyri-leqal «qonaq»ları dayandırmaq üçün minalanıb.
Cənubi Koreya kəşfiyyatının nümayəndələri bu nəticəyə gələrək, qeyd ediblər ki, sərhədin minalanmış sahələrində koronavirusla mübarizə üçün fiziki və ya texniki imkanlar yoxdur.
«KXDR sərhədlərini bağlayıb və Çinlə sərhədin bəzi yerlərini minalayıb» - kəşfiyyatda bəyan ediblər.
Qeyd olunur ki, KXDR-da pandemiyanın nəticələri katastrofik ola, tibb sahəsinin zəif inkişafı səbəbilə, 500 min insan ölə bilər.
Oxunub: 367
Xəbəri paylaş
Paylaş: