Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
Press-fakt.az
    
  • Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
    Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
  • 
  • “Türkiyə çökür” iddialarına cavab -
    “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
  • 
  • Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
    Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
  • 
  • MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF -
    MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF - “Putin İrana zərbələrə şəxsən razılıq verib”
  • 
  • Monika  Belluççi rejissor sevgilisindən AYRILDI -
    Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO
  • 
  • Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların
    Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI
  • 
  • “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” -
    “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” - “Oktyabrda yüksək səviyyəli görüş keçirilə bilər”
  • 
  • Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR -
    Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR - ÖZƏL
  • 
  • Kreml Trampı manipulyasiya edir -
    Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
  • 
  • Firad Əliyevə yüksək vəzifə verildi -
    Firad Əliyevə yüksək vəzifə verildi - DOSYE
  • 
  • Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir -
    Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI
  • 
  • Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI: 
    Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI:  Ordu döyüş hazırlığına GƏTİRİLDİ
  • 
  • Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
    Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
  • 
  • Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ
    Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ kompüter alır
  • 
  • Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
    Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
  • 
  • Bu uşaqlara birdəfəlik müavinət veriləcək -
    Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
  • 
  • Belarus və Çexiya arasında casusluq qalmaqalı -
    Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
  • 
  • Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
    Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
  • 
  • Bakıda və bölgələrdə leysan yağacaq -
    Bakıda və bölgələrdə leysan yağacaq -  Hava PROQNOZU
  • 
  • Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
    Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
  • 
  • ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib - 
    ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "Onlar başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar..."- Prezidentdən "İnterfaks"a mühüm açıqlamalar
  • "Orduda 100 min əsgər, üstəgəl, bundan 3 dəfə çox əsgər cəlb edə bilərik..."- "Biz açıq dedik ki, qisas alacağıq..." - İlham Əliyev
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • “MÜHARİBƏ DAVAM ETSƏ, ONLARIN BÜTÜN ORDUSUNU MƏHV EDƏCƏYİK”- İlham Əliyevin “Haber Türk”ə müsahibəsi
  • “Paşinyan deməlidir ki, qoşunlarını Kəlbəcər, Ağdam və Laçından çıxarır...”- Prezident bu dəfə “La Republica”ya danışdı

    • Tarix: 4-11-2020, 10:20



    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibə verib.
    Globall.az həmin müsahibəni təqdim edir:

    – Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?

    – Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi.
    Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik.

    – Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz?

    – Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri – üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər.
    Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar.
    Lakin onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik.

    – Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir?

    – Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi.
    Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

    – Sizin ordunuzla birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusiyanın Xarici İşlər nazirinin söylədikləri barədə nə deyə bilərsiniz? Bu, doğrudur?

    – Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi.
    Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik.
    Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var.
    Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur.
    Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu (out of picture) deyil.
    Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik.
    Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir.

    – 98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq?

    – Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar.
    Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar.
    Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə – 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər. Beləliklə, bu, tarixi hissəsidir.
    İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər.

    – Üç atəşkəs artıq pozulub. Sülh danışıqlarının heç bir nəticə vermədiyi görünür. Buna görə kim günahkardır?

    – Ermənistan. Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür.

    İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi.
    Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi.

    – Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur.

    – Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir.

    Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər.

    Lakin, baxın, bu gün nələr baş verir. O, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var.
    Ona görə müəyyən dəstəyi əldə etmək üçün o, hər bir feyk üsuldan istifadə etməyə çalışır. Odur ki, dediyim kimi bu, tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq.

    – İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz?

    – Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib.
    Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır.
    Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir.
    Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük.
    Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq.
    Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm.


    Oxunub: 373
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      19-09-2025
      19:15 | Rusiya Yaxın Şərqdən muzdlu yığmağa başlayıb - İranın vasitəsilə
      19:00 | Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
      18:55 | “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
      18:30 | NÜVƏ HÜCUMU ETMƏK POTENSİALINA MALİK 15 ÖLKƏ - “Nüvə üçlüyü”nün gücü...- ARAŞDIRMA
      18:15 | Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
      18:00 | MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF - “Putin İrana zərbələrə şəxsən razılıq verib”
      17:50 | Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO
      17:30 | Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI
      17:25 | “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” - “Oktyabrda yüksək səviyyəli görüş keçirilə bilər”
      17:20 | Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR - ÖZƏL
      15:45 | Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
      15:40 | Firad Əliyevə yüksək vəzifə verildi - DOSYE
      15:35 | Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI
      15:01 | Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI:  Ordu döyüş hazırlığına GƏTİRİLDİ
      14:55 | Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
      14:50 | Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ kompüter alır
      14:45 | Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
      14:40 | Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
      14:30 | MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
      14:25 | Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
      14:20 | Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
      14:15 | Bakıda və bölgələrdə leysan yağacaq -  Hava PROQNOZU
      13:00 | Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
      11:44 | Lukaşenkonun övladları - BELARUSUN GƏLƏCƏYİ:  PREZİDENT HANSI OĞLUNU VARİS SEÇƏCƏK?
      11:25 | ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
      11:20 | "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"- Hakan Fidan
      11:15 | Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:45 | Azərbaycana BORCLU OLANLAR, Azərbaycanın BORCLU OLDUĞU ÖLKƏLƏR - Aradakı fərq...
      10:40 | Putindən əməkçi miqrantlarla bağlı təklif: Ləğv edilsin!
      10:35 | UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
      10:30 | Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi
      10:25 | Pezeşkian şayiələrə son qoydu: "Mən fəxr edirəm ki, türkəm!"
      10:20 | TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI -  Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək
      10:15 | Millət vəkili istefa verdi -  Bu federasiyanın bütün rəhbər heyəti getdi
      10:11 | “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-  Daha bir direktorun səs yazısı yayıldı /VİDEO
      10:05 | ABŞ Nümayəndələr Palatası anti-Azərbaycan düzəlişlərini rədd edib
      10:00 | Azərbaycanda qumar şəbəkəsi ifşa olundu -  Kiberpolisdən əməliyyat /VİDEO
      18-09-2025
      20:00 | UKRAYNAYA 200 MİNLİK “işğalçı qoşun” GÖNDƏRİLİR - Müharibə yeni fazaya QƏDƏM QOYUR
      19:30 | Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
      19:15 | Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR -  “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
      19:10 | Kozak istefa verdi -  Rəsmi səbəb açıqlandı, amma...
      19:05 | “Qonşuların maraqlarını nəzərə alsınlar”- Zaxarova Türkiyə-Ermənistan danışıqlarından “narahatdır”
      18:45 | Buraxılış imtahanında yeni növ suallar olacaq -  Detallar açıqlandı
      18:40 | MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
      18:30 | “ŞÜKÜRLƏR OLSUN Kİ, RUSİYANI ORADAN ÇIXARDILAR"-  “Əliyevə çox minnətdaram...”- Kasparov
      18:25 | Ağdam şəhəri sakinlərini gözləyir -  Köçün tarixi AÇIQLANDI
      18:20 | Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
      18:15 | Yunanıstandan İsrailə tam dəstək: Sanksiyalar rədd edildi
      18:00 | Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?- RƏSMİ
      17:55 | RUSİYA Ukraynaya daha 1 000 hərbçinin CƏSƏDİNİ TƏHVİL VERDİ
      15:45 | Britaniyada Rusiya kəşfiyyatı üçün işləyən 3 nəfər həbs olunub
      15:05 | “Araratın viza möhürlərindən silinməsi Türkiyənin tələbi deyil”- Paşinyan
      14:55 | Türkiyə MN-dən S-400-lərlə bağlı iddialara cavab
      14:50 | Prezident İlham Əliyev Aİ-nin Genişlənmə üzrə komissarını qəbul edib
      13:15 | “NEFT HASİLATI AZALIR, İQTİSADİ ARTIM TEMPİ DÜŞÜR”- "Vergi Məcəlləsini tez-tez dəyişmək yox, yenisini qəbul etmək lazımdır, yoxsa...”
      13:10 | Azərbaycanlı tələbələrin ən çox getdiyi ölkələr hansılardır?- İlk yerdə TÜRKİYƏDİR
      13:05 | Ukrayna ordusu qaz kəmərini partlatdı -  Rusların bu “marşrutu” bağlandı
      12:31 | İsrailli nazirdən qalmaqallı ETİRAF: Qəzzadakı əmlakı ABŞ-la BÖLƏCƏYİK
      12:20 | "London taksi"ləri hava limanından şəhərə neçəyə gedəcək?- 20 dəfə ucuza getmək də mümkündür /QİYMƏTLƏR
      12:00 | Türkiyə HÜCUMA KEÇSƏ, İsrail BU ADDIMI ATACAQ - Türk və yəhudi politoloqlardan AÇIQLAMA
      11:55 | Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı
      11:10 | Avropa komissarı Azərbaycana gəlib - yüksək səviyyəli görüşlər keçirəcək
      11:00 | Məzahir Pənahovun oğlu məhkəməni UDUZDU -  300 minlik əmlakı keçmiş arvadına qaytaracaq
      10:55 | Rusiyanın terror planı İFŞA EDİLDİ - 15 nəfər saxlanılıb
      10:45 | İMPERİYA XƏYALI BİTDİ - RUSİYA Cənubi Qafqazdan ÇIXARILIR
      10:40 | Ağır dərs, robota çevrilən şagirdlər - Nazirlik qərar verdi
      10:35 | Şaradan İsrail bəyanatı: Masada hələ ki, sülh yoxdur!
      10:30 | UEFA Çempionlar Liqası: favoritlər qələbə qazandılar - NƏTİCƏLƏR
      10:25 | Paşinyan - Qaregin ixtilafı: Nikol kilsəni daxildən dağıdır
      10:15 | ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR?- Alıcılar nələrə diqqət etməlidirlər? /QİYMƏTLƏR
      10:10 | "Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir"-  Braziliya prezidenti
      10:05 | Yol polisi sürücülərə müraciət etdi - Şəhərə giriş bağlanacaq
      10:00 | Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
      09:55 | "Müharibənin bir ilinin qiyməti 120 milyard dollardır"- ZELENSKİ
      17-09-2025
      20:00 | MƏRHURM GENERALIN ƏMLAKLARI MÜSADİRƏ OLUNDU -  SİYAHI
      19:45 | BU ŞİRKƏT avqustda “Azərenerji”nin 21, sentyabrda isə 24 milyonluq TENDERİNİ UDDU
      19:30 | ADAU vergi borcu olan bu şirkətlə müqavilə bağladı (?!) - FOTOFAKT
      19:25 | Lənkəranskinin qardaşının 700 minə satdığı villa ilə bağlı fırıldağın Təfərrüatı
      19:00 | Rusiya Avropa Konvensiyasından çıxdı - Ölkəyə beynəlxalq nəzarət aradan qalxır
      18:50 | Bakı metrosu “Formula 1”-ə görə 2 saat daha çox İŞLƏYƏCƏK
      18:45 | KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
      17:05 | Müdafiə nazirinin sabiq müavininin də ittiham olunduğu iş üzrə HÖKM OXUNUB - MƏHKƏMƏ
      17:00 | Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr -  SİYAHI
      16:45 | 7 illik güzəşt başa çatır - Kimlərin maaşından 14 faiz vergi TUTULACAQ...
      16:40 | Azərbaycanda vergi ödəyicilərinin büdcəyə borcu 3 milyard manatı keçib
      16:30 | ERMƏNİLƏR UKRAYNADA BÖYÜK İTKİLƏR VERİR - Sensasiyalı faktlar və rəqəmlər AÇIQLANDI
      15:55 | "Ukraynadakı sülhməramlılar Rusiya hərbçiləri üçün qanuni hədəf olacaq"- Lavrov
      15:40 | İşğaldan sonra Qarabağa səfər edən ölkə liderləri - SİYAHI
      15:20 | Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edildi
      15:15 | "Formula"ya görə bu universitetlər və məktəblər bağlanır
      15:00 | Rəşid Mahmudovdan SÜNİ İNTELLEKTDƏN tibbi məsləhət alanlara SƏRT REAKSİYA
      13:50 | Ərəb ölkələri hərbi blok YARADIR - İsraildən dünyanı təşvişə salan müharibə ÇAĞIRIŞI
      13:30 | Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ÖTÜB - RƏSMİ
      13:15 | Bu ilin 8 ayı ərzində 25 minə yaxın piyadaya protokol tərtib edilib
      13:00 | Yaponiya Trampın təklifini rədd etdi - Çin və Hindistana qarşı rüsumları artırmayacaq
      12:15 | İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
      12:10 | Rayonlarda bu səlahiyyət icra başçılarından ALINIR
      12:05 | "BakuBus"ın aldığı bir elektrik avtobusu və onun şarj aparatı 544 minə başa gəlib
      12:00 | “Tanqo üçün iki nəfər lazımdır...”- “Onlar bir-birlərinə nifrət edirlər.”
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.