Azərbaycanın “Qarabağ xalça xəritəsi” hazırlandı
Azərbaycan Milli Xalça Muzeyindən Avropa.info-ya verilən məlumata görə, tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövgünü əks etdirmişlər.
Şanlı ordumuz torpaqlarımızı azad edərək Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar.
İndi isə Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik. Xəritənin tamamlanmasını səbrsizliklə gözləyirik!
Oxunub: 534
Xəbəri paylaş
Paylaş: