Ermənistan Krıma uçuşlar təşkil edir -
Dünya dövlətləri arasında bir ilk
Ermənistan dünya dövlətləri arasında ilk dəfə Krım yarımadası ilə qarşılıqlı müntəzəm uçuşlar təşkil edəcək.
“Report”un məlumatına görə, Ermənistan artıq bu ildən Krımla müntəzəm aviareyslərə başlayacaq. Qeyd edilir ki, Yerevanla Simferopol arasında müntəzəm reyslərə martda start veriləcək.
Uçuşları həyata keçirəcək aviaşirkət artıq bunula bağlı icazə alıb. Hazırda tərəflər arasında uçuş cədvəlinin uyğunlaşdırılması, həmçinin aeroportların razılaşdırılması prosesi həyata keçirilir. Martdan uçuşların həftə ərzində iki dəfə təşkil olunması planlaşdırılır. Bildirilir ki, sonrakı uçuşlar tələbat üzrə planlaşdırılacaq.
Qeyd edək ki, Ermənistan bununla dünyada Krımla müntəzəm beynəlxalq reys təşkil edən ilk dövlət olacaq.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: