Rusiyada azərbaycanlı üç qardaş quldurluğa görə tutuldu
Rusiyanın Sankt-Peterburq şəhərində üç azərbaycanlı saxlanılıb.
“Moyke78” xəbər verir ki, tutulanların qardaş olduğu və taksi sürücüsünə hücum etdikləri bildirilib.
Məlumatlara görə, hadisə yanvarın 9-u Sofiysk küçəsində baş verib. Qardaşlar sifariş etdikləri taksi sürücüsünə təzyiq göstərərək 15 min rubl (415 AZN - red.) pulunu, mobil telefonunu, sənədlərini və iki bank kartını götürdükdən sonra hadisə yerindən qaçıblar.
Qeyd edilib ki, saxlanılan şəxslərdən birinin 26 yaşı var, digər ikisi isə 18 yaşlı əkizlərdir.
Faktla bağlı cinayət işi başlanıb.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş: