Erməni general-mayor rütbəsi aldı və məhv edildi -
FOTO
Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edilib.
Globall.az haqqin.az-a istinadla xəbər verir ki, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi də zərərsizləşdirilib.
Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.
3 noyabrda “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, general-leytenant Kamo Aqacanyan döyüş mövqelərini gəzərək N.Mirzoyana general-mayor poqonunu vermişdi.
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: