Tramp məğlubiyyətlə barışmır:
"Dürüst səs sayımı alana qədər mübarizə aparacam”
ABŞ Prezidenti Donald Tramp yenidən prezident seçkilərində qalib gəldiyini iddia edir.
Bu barədə Tramp “Twitter” hesabında yazıb.
O bildirib ki, müşahidəçilər bülletenlərin sayılma otaqlarına buraxılmayıb: “Seçkidə qazandım, 71 milyon qanuni səs topladım. Müşahidəçilərimizin bülletenlərin sayılmasını görməsinə icazə verilmədiyi. Əvvəllər heç belə olmamışdı. Milyonlarla insanlara göndərilən bülletenlər geri istənilmədi!”.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın nüfuzlu KİV-ləri öz hesablamalarına əsaslanaraq, Co Baydenin seçkiləri qazandığını bildirib. Tramp isə Demokrat rəqibinin hələ heç bir ştatda qalib olaraq təsdiqlənmədiyini söyləyib.
Tramp əlavə edib ki, Baydenin “saxta səslər”ini saymaq niyyətindədir: “Dürüst səs sayımı alana qədər mübarizə aparacağıma söz verirəm”.
O, həmçinin mövqeyini qorumaq üçün məhkəmə hazırlıqlarını elan edib.
Qeyd edək ki, 78 yaşlı Bayden seçiləcəyi təqdirdə, ölkə tarixindəki 46-cı və ən yaşlı prezident olacaq./apa