Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
SOÇİDƏ LUKAŞENKO ÜÇÜN “PENSİONER REZİDENSİYASI” TİKİLİR - Belarus lideri Putinin qonşusu olacaq /FOTO
TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR -  PAŞİNYAN
DƏBDƏBƏLİ VİLLA, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
Press-fakt.az
    
  • Türkiyə Rusiya neftindən imtina edir
    Türkiyə Rusiya neftindən imtina edir
  • 
  • “Almaniya Ukraynaya yeni "Patriot" sistemləri verib”-
    “Almaniya Ukraynaya yeni "Patriot" sistemləri verib”- Volodimir Zelenski
  • 
  • II Qaregin seçkilərə qədər istefa verməlidir -
    II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan
  • 
  • Türkiyədə mafiya futbol hakimlərini qadınlarla şantaj edirmiş:
    Türkiyədə mafiya futbol hakimlərini qadınlarla şantaj edirmiş: Ahmet Çakar danışdı
  • 
  • Dünyada siqareti qadağan edən ilk ölkə:
    Dünyada siqareti qadağan edən ilk ölkə: Maldiv adaları
  • 
  • TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR - 
    TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR -  PAŞİNYAN
  • 
  • ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
    ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
  • 
  • İsrail Livana  “idarə olunan raketlə” hava zərbəsi endirib
    İsrail Livana “idarə olunan raketlə” hava zərbəsi endirib
  • 
  • "İran nüvə obyektlərini yenidən quracaq" - 
    "İran nüvə obyektlərini yenidən quracaq" -  Pezeşkian
  • 
  • “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”-
    “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”- Ukraynalı general
  • 
  • Bakıda və bəzi rayonlarda yağış yağacaq - 
    Bakıda və bəzi rayonlarda yağış yağacaq -  Hava proqnozu
  • 
  • Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
    Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
  • 
  • Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir - 
    Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir -  VİDEO
  • 
  • 310 əcnəbi jurnalist bir arada -
    310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza baxacaqlar
  • 
  • ali təhsilli müəllim-MƏMUR KİMDİR?
    30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
  • 
  • Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
    Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
  • 
  • Nevada səhrasında 315 nəfərin külü TAPILDI
    Nevada səhrasında 315 nəfərin külü TAPILDI
  • 
  • 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
    2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
  • 
  • "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
    "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
  • 
  • Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
    Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
  • 
  • Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
    Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "Onlar başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar..."- Prezidentdən "İnterfaks"a mühüm açıqlamalar
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • "Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz!"- "Torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik" /MÜSAHİBƏ
  • "NOYABRIN 8-İ AZƏRBAYCAN TARİXİNDƏ ƏBƏDİ QALACAQDIR!"- Prezident İlham Əliyev
  • ŞUŞA ŞƏHƏRİ İŞĞALDAN AZAD EDİLDİ - Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətni

    • Tarix: 8-11-2020, 12:45



    Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.
    Globall.az həmin müraciəti təqdim edir:

    – Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
    Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

    İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik.

    30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik.

    Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm.
    Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!

    Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.
    Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir.
    Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.

    Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi.
    Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? 
    Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər.
    Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. 
    Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

    Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla.
    Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
    Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

    Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq.

    Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin.
    Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi.

    Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir.
    Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz.
    Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı.
    Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi.
    Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik.
    Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

    Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik.
    Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. 
    Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

    Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

    Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu.

    Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq – mənəvi ruh, güc hesabına, birlik hesabına!

    Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir.

    Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq.
    Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

    Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

    Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir.
    Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

    Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.

    Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

    Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
    Əziz Şuşa, sən azadsan!
    Əziz Şuşa, biz qayıtmışıq!
    Əziz Şuşa, biz səni dirçəldəcəyik!
    Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

    Oxunub: 653
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      02-11-2025
      20:30 | "QİYAMƏT GÜNÜNÜN BUNKERİ" NƏDİR? - İçində nə var və nə üçün lazımdır?
      20:25 | Türkiyə Rusiya neftindən imtina edir
      20:20 | Dünya liderlərinin ilginc keçmişi: dondurma satan, təmizlikçi, sürücü…- ADLAR
      20:15 | “Almaniya Ukraynaya yeni "Patriot" sistemləri verib”- Volodimir Zelenski
      17:30 | II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan
      17:20 | Türkiyədə mafiya futbol hakimlərini qadınlarla şantaj edirmiş: Ahmet Çakar danışdı
      17:15 | SOÇİDƏ LUKAŞENKO ÜÇÜN “PENSİONER REZİDENSİYASI” TİKİLİR - Belarus lideri Putinin qonşusu olacaq /FOTO
      17:00 | Azərbaycanda qeyri-adi MEYVƏ:  Ağacda ÇİYƏLƏK YETİŞDİ - FOTO
      16:30 | Ruslar öz əsgərlərinin məzarlarını yerlə-yeksan edirlər - VİDEO
      16:20 | Dünyada siqareti qadağan edən ilk ölkə: Maldiv adaları
      16:00 | TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR -  PAŞİNYAN
      15:45 | QARADAĞIN DEPUTATI İH-dəki HƏBSLƏRDƏN DANIŞDI: "Təəssüf hissi keçirirəm ki..."
      15:30 | İranda Rusiya əleyhinə təbliğat aparılır - Ruhulla Mübadder
      15:25 | ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
      15:20 | İsrail Livana “idarə olunan raketlə” hava zərbəsi endirib
      15:15 | "İran nüvə obyektlərini yenidən quracaq" -  Pezeşkian
      14:15 | Vaşinqtonda MƏRKƏZİ ASİYA SAMMİTİ:  Bölgə uğrunda MÜBARİZƏ GÜCLƏNİR /TƏHLİL
      14:05 | Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar niyə və neçə manat cərimələnə bilərlər?- VİDEO
      14:00 | “Putinlə Trampın görüşünə yox, buna ehtiyacı var”- Peskov
      13:55 | “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”- Ukraynalı general
      13:50 | Bakıda və bəzi rayonlarda yağış yağacaq -  Hava proqnozu
      13:45 | QARADAĞ RAYON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT - Müavin və daha iki vəzifəli həbs edildi /Yenilənib
      13:35 | Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
      13:30 | Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir -  VİDEO
      13:10 | 310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza baxacaqlar
      13:00 | Rus dilində ən uzun sözdə 55 hərf var - "Ginnesin Kitabı"nda rekord dəyişib
      12:50 | DƏBDƏBƏLİ VİLLA, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
      12:30 | 30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
      12:25 | Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
      12:20 | Nevada səhrasında 315 nəfərin külü TAPILDI
      12:00 | 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
      11:55 | Ermənistan AĞRI DAĞDAN RƏSMƏN İMTİNA ETDİ - 2025-ci il noyabrın 1-dən...
      11:50 | "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
      11:44 | Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
      11:40 | Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
      11:35 | Ukrayna ordusu “Qara Şahin” əməliyyatına başlayıb - Pokrovsk ətrafında döyüşlər şiddətlənir
      11:30 | MƏNZİL BAZARINDA BAHALAŞMA DAVAM EDİR -  Səbəb nədir? /VİDEO
      11:25 | İsmayıllıda bir gündə ikinci zəlzələ
      11:22 | Dünyanın sonu yaxınlaşır? Nostradamusdan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ
      11:20 | Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
      11:15 | Region çalxalanır: İrana qurudan hücum ola bilər - Bu istiqamətdə
      01-11-2025
      22:30 | Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
      19:40 | MİLYARDLARIN BATDIĞI RAYONLAR - Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməsə...
      19:30 | İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
      19:20 | Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
      15:05 | Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
      15:00 | Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
      14:30 | Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
      14:20 | Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
      14:15 | Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
      12:25 | “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
      12:15 | “RUSİYA İLƏ MÜHARİBƏ QAÇILMAZDIR”- “Biz artıq “sıfır fazası”ndayıq”
      12:00 | Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
      11:55 | Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
      11:50 | "Allah kəssin belə yaşayışı, dünən də bu gün yatdım”- Fədayə Laçından etiraf
      11:44 | BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
      11:31 | Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR - ESA-dan XƏBƏRDARLIQ
      11:15 | Tramp-Putin görüşü bu hadisədən sonra təxirə salınıb - Moskva rəsmi sənəd göndərib ki...
      11:11 | Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:01 | Trampın oğlu Ermənistana səfər edəcək
      10:15 | PALÇIQ, SU və AĞAC: VENESİYA1600 İLDƏN ÇOXDUR NİYƏ BATMIR? ONU SAXLAYAN SİSTEM NƏDİR?
      10:01 | “Dərman idxalının həcmi kəskin azalır, qiymətlər isə artır”- “Səbəbləri araşdırılmalıdır”
      09:40 | 10 milyon dollarlıq qızıl unitaz satışa çıxarılır - “Sərvətin simvolu” kimi deyil...
      09:35 | Yaşı 100-ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir
      09:30 | Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
      09:00 | VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
      08:55 | Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
      08:45 | Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
      01:00 | ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
      00:55 | "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
      00:50 | İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
      00:45 | Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
      00:40 | ABŞ hərbi zərbələr endirəcək -  Hədəflər açıqlandı
      00:35 | Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
      00:30 | Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
      00:25 | Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı -  Azərbaycanlı imiş
      00:20 | “AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ-FORMAL İŞÇİ VAR...”- “Asan və çevik mobil tətbiq yaradılmalıdır”
      00:15 | Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
      00:10 | Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
      00:05 | Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb
      00:00 | SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
      31-10-2025
      20:41 | "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
      15:30 | Deputat narazılıq etdi: "AZƏRBAYCANDA 600 MƏKTƏBİN DİREKTORU YOXDUR" -  "Hər dəfə yeni metodologiya kəşf olunur..."
      15:25 | Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
      15:20 | "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
      15:15 | "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
      14:15 | Tramp ABŞ-yə gələn qaçqın sayına limit qoydu - İldə cəmi 7500 nəfər...
      14:00 | “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?
      13:45 | Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
      13:15 | İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
      13:00 | "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
      12:45 | 2025-ci ildə Azərbaycanın qızıl ixracı 2 dəfə artıb
      12:30 | “Bir gün Azərbaycan liderinin nitqini İRƏVANDA EŞİTSƏNİZ, BİLİN Kİ...”- “İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”
      12:15 | "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
      12:10 | SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
      12:00 | “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
      11:55 | Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
      11:45 | Ceyhun Bayramov Səmərqənddə gürcüstanlı həmkarı ilə görüşdü
      11:40 | Ermənistan Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayırmadı
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.