Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "Onlar başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar..."- Prezidentdən "İnterfaks"a mühüm açıqlamalar
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • “MÜHARİBƏ DAVAM ETSƏ, ONLARIN BÜTÜN ORDUSUNU MƏHV EDƏCƏYİK”- İlham Əliyevin “Haber Türk”ə müsahibəsi
  • "Onlar istəyir ki, vaxt keçsin, Azərbaycan bu torpaqlardan əlini üzsün..."- “Əminəm ki, çox yaxında çox yaxşı xəbərlər gələcək"- Prezident
  • Ermənistanın keçmiş müdafiə naziri Arutyunyanın bacısı Kürdəmirdə: "Qardaşım oğlumun Azərbaycanın səngərində olduğunu bilmirdi…"

    • Tarix: 8-11-2020, 15:07



    Redaksiyada cəbhə həyatı qaynayır: qaynar müharibə xəbərlərini yayıram, bir tərəfdən Redaksiyada Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, bir tərəfdən də vatsapda işçilərin və müəlliflərin məktublarını toplayıram. Və redaksiyanın qızğın iş saatında köhnə xoş tanışım - Kürdəmir rayonunun keçmiş başçısı kabinetin qapısından içəri girdi. “Ya Rəbbim! Bircə elə bu çatışmırdı. Və şübhəsiz ki, o, dəyərli vaxtımızı alacaq, hansı ki, hazırda yoxdur ”- bunu təkzibedilməz düşüncə diktə edir. Sinirlər “çılpaq” məftillər kimidir. Və mən çaşqınlıqla başlamamış dialoqu kəsmək üçün bir bəhanə axtarıram.

    - Anlayıram ki, hazırda vaxtın azdır.  Ancaq səninlə təcili bir söhbətim var. Bu sensasion bomba kimidir. Bu sadəcə inanılmazdır – tanışım sakitcə söhbətə başlayaraq, stula əyləşir.
    Başımı qaldıra bilmirəm. Bir neçə dəqiqə əvvəl prezident özünün levitansayağı Twitter-i vasitəsilə Qarabağda yeni azad edilmiş torpaqları elan edib.


    Müharibə vaxtı nə Kürdəmir axı...

    -Belə  gündə sensasiyalı nə ola bilər axı? - Dəvət olunmamış qonağa laqeydcəsinə cavab verirəm. Qaşqbaqla, sifət ifadəsi ilə  sensasiya üçün Kürdəmirə getməyə vaxt olmadığını göstərirəm. İndi Vətən müharibəsi gedir.

    Köhnə tanışım dərhal buğanı buynuzdan tutur: “Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın bacısı Kürdəmirdə yaşayır. Mən onun evini göstərə bilərəm".

    Tanışımın səsləndirdiyi sensasiya içimdə qarışıq hisslərə səbəb olur, amma yenə də ön xəttdəki hesabatı refleksiv şəkildə bir kənara atıram, Levitanın tvit-ini unudub baxışlarımı dəvət olunmamış qonağıma yönəldirəm. Yalnız heyrətlə qısa sual səsləndirirəm: "Necə?"

    Kürdəmirin keçmiş rəhbəri Arutyunyanın bacısının həyatı, Qarabağ müharibəsi zamanı qardaşının törətdikləri, tolerantlıq və daha doğrusu azərbaycanlıların yaddaşının zəifliyi haqda uzun-uzadı danışır...

    - İndi onun yanına gedə bilərik?! Və siz bu qadının Mikael Arutyunyanın bacısı olduğuna əminsiniz?, - əsəbi halda soruşdum. Və dərhal ağlıma erməni KİV-lərinin  vacib bir xəbəri gəldi.

    Qısa giriş

    Köçəryan və Sarkisyanın Qarabağ ikilisinin ən yaxın ortaqlarından biri olan Mikael Arutyunyan, Qorbaçov dövrünün gənc sovet zabitlərinin qeyri-adi  qalaktikasının nümayəndəsidir. Frunze Hərbi Akademiyasının məzunu olan Arutyunyan SSRİ Baş Qərargahı nəzdindəki Akademiyanı fərqlənmə diplomu ilə bitirib. Sonrakı illərdə hərbi nəzəriyyəçi həmin akademiyada dərs keçib.

    Lakin Qarabağ müharibəsi başlanan ilk günlərdən etibarən Arutyunyan Baş Qərargahın nəzdindəki Akademiyadakı nüfuzlu vəzifəsindən imtina edərək Ermənistana can atdı.
    Qəribə deyilmi? Axı Mikael Arutyunoviç Şamaxı bölgəsində azərbaycanlılar tərəfindən sevilən istirahət məkanı Sakit-Göldən çox uzaq olmayan  axarlı-baxarlı Saghiyan adlı dağ kəndində keçirib. Uşaqlığını, yeniyetməliyini, gəncliyini burada keçirdi. Burada onun ilk sevgisi və ilk xəyalı - cəsur zabitliyi keçdi.
    Bakı hərbi məktəbinə daxil oldu, kursant oldu, azərbaycanlılarla birlikdə böyüdü və gücləndi. Taleyin ironiyası - amma Mikael düz dörd il ərzində Azərbaycanın gələcək müdafiə naziri Tacəddin Mehdiyevin kursant yoldaşı da oldu. Onlar illər sonra qan və intiqam həvəsi ilə qarşıdakı səngərlərdə yerlərini alacaqdılar. Həqiqətən taleyin yazısı anlaşılmazdır!

    Nəhayət, əcdadları iki əsrdir ki, doğma vətəni Azərbaycanda yaşamış Arutyunyanın valideynləri, qardaşı və beş bacısı onu Şamaxıda gözləyirdi. Ancaq Mikael Arutyunoviç, nəzəri biliklərini, hərbi təcrübəsini erməni millətçilərinə həsr etdi.  “Miatsum” hərəkatının getdikcə güclənməsi, ayağa qalxan "Krunk" topu"Qarabağ"a tərəf yönəltdi,  bütün qüvvələrini Azərbaycanın tarixi torpaqlarını ələ keçirmək üçün mübarizə aparmağa topladı. Mikael Arutyunyan da dünya ermənilərinin qədim krallığın dənizdən dənizə reinkarnasiyası barədə mifik inancını bölüşərək yeni Ermənistanın sıralarına qoşuldu.

    Arutyunyan Ermənistanda hərbi lider kimi sürətli karyera qurdu. Müdafiə Nazirliyinin əməliyyat idarəsinin  rəisi, sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini və nəhayət Baş Qərargah rəisi. O, azərbaycanlıların cəsədlərinin döşəndiyi karyera pilləsində inamla addımladı.

    Və Serj Sarkisyanın hakimiyyəti ələ keçirmə ərəfəsində, 2008-ci ilin aprelində Qarabağ klanının ən etibarlı adamı olan Arutyunyan müdafiə naziri vəzifəsinə təyin edildi. Köçəryan və Sarkisyan Qarabağ səhra komandirlərinin xuntasının qorunub saxlanmasına görə xüsusən ona borclu olub. 2008-ci ildə Arutyunyanın əmri ilə nizami Ermənistan ordusu dinc nümayişçiləri öldürmək üçün atəş açdı. Nümayişçilər arasında Ermənistanın gələcək Baş naziri Nikol Paşinyan da vardı.

    Bu, liberalizmin sonunun  intibah dövrü idi. Suveren demokratik rejimlərin kiçik tumurcuqları dərin kök atmayıb. Qlobal liberalizmin dünya düzəni milli hökumətlərin güc tətbiqetmə qanuniliyini məhdudlaşdırdı. Sarkisyan dünya birliyinin təzyiqi altında Arutyunyanı tam müdafiə edə bilmədi. Ancaq onu təslim də etmədi. Arutyunyan öz işini görmüşdü. General-polkovnik rütbəsində prezident yanında məhz onun üçün yaradılan hərbi müfəttişliyə rəhbərlik etdi.

    Lakin vaxt gəlib çatdı, tarixin ölümcül qisası Arutyunyana qarşı çevrildi. Törətdiyi cinayətlərin hesab vaxtı çatdı.  Azərbaycan xalqının qarşısında deyil. Erməni nümayişçilərə qarşı törətdiyi qanlı cinayətə görə. İnqilabın qələbəsindən sonra Paşinyan iki generala - Yuri Xaçaturova və M.Arutyunyana qarşı cinayət işi başlama əmri verdi. Xaçaturov  bir başa həbsxanaya göndərildi. Mikael Arutyunyan isə Rusiyaya qaçmağı bacardı. Və Kremldə təqib olunan generalın Rusiya pasportunu tapdılar və dövləti cinayətkarın Rusiya ərazisində axtarışı qərarı ləğv edildi...

    ***

    Xatırladım! Ofisdən çıxarkən erməni mediasının son məlumatını xatırladım! Sürgündə olan general-polkovnik Mikael Arutyunyan Qarabağda başlayan şiddətli döyüşlərdə iştirak etmək üçün Ermənistana qayıtmasına icazə verilməsini xahiş edərək Moskvadan Nikol Paşinyana müraciət etmişdi. Azərbaycana qarşı müharibəyə. Ermənistanın baş naziri isə sürgündəki generalın müraciətinə məhəl qoymadı.


    Mikael Arutyunyan öz vətəninə qarşı silah çəkdi. Onun təmsil olunduğu hakimiyyət minlərlə azərbaycanlını qətl etdi...

    "Gedək! Elə indi... ” Sürətlə ofisdən çıxırıq, Kürdəmirə tələsirik. Bu solğun düzənlik əraziyə çatanda unudulmuş tələbəlik illərinə,  "Kürdəmir" çaxırına bəslədiym nostaljini son dəfə xatırladım…

    Kəndə çatdıq. Köhnə tanışım bərbad palçıqlı yolların arasında evi səhv saldı. Zoya Arutyunovanın hündür hasarın arxasında gizlənmiş  daxmasını axtarırıq. Beləliklə, qapını tapdıq. Qapını açıram. Səliqəli və təmiz həyətə girirəm. İndi mən özüm qəfil gəlmiş və dəvət edilməmiş qonağ kimiyəm. Uzaqdan qara yaylıqlı yaşlı bir qadın bizə yaxınlaşır.

    -Olar sizə?!-təbəssümlə soruşuram.

    -Siz hardan gəlmisiniz?-nəzərlərini mənim gözlərimə zilləyən qoca qadın soruşur.

    -Mən polisdənəm!,-qadının reaksiyasını yoxlamaq üçün deyirəm.

    -Mən belə də bilirdim ki, bütün bunlar nə ilə qurtaracaq. Qoy nə olacaqsa olsun,-Zoya Arutyunyan gərgin səsi ilə dodaqaltı deyir. Və əlinin hərəkəti ilə evin yolunu göstərir. Elə hiss yaranır ki, qoca qadın öz evinə deyil, edam kürsüsünə gedir.
    Və ancaq evdə mən öz həmsöhbətimi sakitləşdirirəm, əslində kim olduğumu deyirəm. Onun yanına gələn sadəcə olaraq jurnalistdir, sualları ilə.

    Lakin söhbəti Mikael Arutyunyanla başlamaq istəmirəm. Əgər oğul ataya görə cavabdeh deyilsə, o zaman nəyə görə bacı öz qardaşının cinayətinə görə cavab verməlidir? Və hakim kimdir?

    Bu yaxınlarda Zoya Arutyunovna böyük oğlunu itirib. Postsovet məkanı üçün banal diaqnoz-miokard infarktı hələ də adamları öldürür. Deyir ki, bir neçə aydır yas saxladığı oğlu tez-tez anasını sakitləşdirirdi, tezliklə sülh olacağını deyirdi. Oğlu öldü. Və dəhşətli, qanlı müharibə başladı. Hər evin öz skelet gizlədilən şkafı var.

    79 yaşlı Zoya Arutyunovna təmiz azərbaycanca danışır. Hərçənd erməni və rus dillərində də ayrı-ayrı frazaları xatırlayır. Axı burada, Kürdəmirin ucqarlarında o bütün həyatını azərbaycanlı ərinə həsr edib, onun naminə öz qohumlarından və yaxınlarından imtina edib. “Anam etiraz edirdi. Mən isə gənc, 19 yaşında qız idim. Və anam soruşdu-sən hansısa Kürdəmirin kəndinə hara gedirsən?”,-gənclik fotolarına utancaq nəzər salan qoca qadın deyir.
    -Amma mən israr etdim. Bu mənim seçimim idi! Ərimin familiyasını qəbul etdim. Amma ata adımdan imtina etmədim,-gözlərində və səsində əminlik hiss olunur.

    -Siz Saqiyan kəndində doğulmusunuz?

    -Hə, o Şamaxıda erməni kəndi idi.

    -Bəs məktəbdə hansı dildə təhsil almısınız?

    -Mən erməni məktəbində oxuyurdum.


    Bu qadın Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyanın bacısıdır...

    -Necə, Şamaxıda erməni məktəbi də vardı?

    -Bəli, amma həftədə üç dəfə biz Azərbaycan dili dərsi də keçirdik.

    -Bəs nəyə görə öz doğma dilinizi unutmusunuz? Bu ki sizin doğma dilinizdir, elə deyilmi?

    -Hə, erməni dili doğma dilimdir. Amma yaddan çıxarmışam. 60 ildir bu dildə danışmıram. Kürdəmirdə ermənicə kimlə danışım axı?

    -Valideynləriniz də Şamaxıda anadan olub? Ermənilər Şamaxıya necə gəlib çıxıblar? Onlar sizə bu haqda danışırdılarmı?

    -Yox. Amma nənəmlə babam da o kənddə doğulublar. Və ulu babam da Şamaxıda anadan olub.

    -Erməni kilsəsinə gedirdiniz?

    -Yox, o vaxtlar ateizm dövrü idi. Kənddə erməni kilsəsi vardı, amma məscid kimi onu da anbara çevirmişdilər. Mən heç vaxt erməni keşişi görməmişəm. Və ailəmizdə hamı kommunist idi. Atam tanınmış adam olub, rayonda vəzifə tuturdu.

    -Bəs qardaşlarınız və ya bacılarını?

    - 5 bacı, 2 qardaş olmuşuq. Və hamımız ali təhsil almışıq. Böyük bacım Asya Arutyunyan rayon komsomolunun katibi vəzifəsini tuturdu. Sonra univermaq direktoru, xalça toxuma fabrikinin direktoru oldu. Yeri gəlmişkən, Asya da azərbaycanlıya ərə getmişdi, Bağırova. Qarabağ hadisələri başlayandan sonra ailəmizin bütün üzvləri buradan köçüb getdilər. Asya isə 1988-ci ildə vəfat etdi.


    Qoca qadına ağrılı suallar vermək necə də çətindir...

    -Bəs qardaşlarınızın aqibəti necə oldu?

    -Böyük qardaşım Vladimir Arutyunyan hərbçi olub. Müharibə başlayandan sonra o, Azərbaycandan köçüb gedib.

    -Bəs kiçik qardaşınız?

    -O da hərbçidir.

    Hiss edirəm ki, həmsöhbətim kiçik qardaşı haqda söhbətdən yayınmağa çalışır. Gözünü kənara çevirir, utanır, əsəbləşir. Onun adını da demir. Qoca qadını ağrıtmaq istəmirəm, amma həvəs də üstün gəlir. 

    -Bəs kiçik qardaşınızın adı nədir?

    -Mixail Arutyunyan.

    -Yox, Mikael Arutyunyan. Bu, onun rəsmi bioqrafiyasında belə göstərilib.

    -Doğru deyil. Onun adı Mixail idi.

    -Bilirsinizmi ki, qardaşınız Ermənistanda məşhur hərbi rəis olub və müdafiə naziri postunu tutub?

    -Bilirəm. Onun haqqında çox eşitmişəm. Televizordan. Amma o ki indi Yerevanda deyil.

    -İndi onu axtarırlar. Moskvada gizlənir.

    -Qoy axtarsınlar. Bilirəm. Paşinyan onu həbs etmək istəyirdi. Lakin o qorxmur. Bizim nəsildə qorxaq olmayıb.

    -Qardaşınızı televizorda görəndə nə hiss edirdiniz?

    -Ağlayırdım, çox ağlayırdım...

    -Onun üçün darıxırdınız?

    -Hə. 30 ildir onu görmürəm. Qardaşını 30 ildir görməyən bacı nə hiss edər?

    -Doğrudanmı son 30 ildə bir dəfə də olsun qardaşınıza zəng etməmisiniz və ya görüşməmisiniz? O ki sizin qardaşınızdır...

    -Əlbətdə, istəmişəm. Lakin mən öz taleyimlə barışmışam. Nə edə bilərdim. Başa düşürdüm ki, bu mümkün deyil. Mən özümə qapandım...

    -Bəs qardaşınız sizinlə görüşməyə can atıb?

    -Necə? O mənimlə necə görüşə bilərdi? Axı bizim xalqlarımız arasında belə düşmənçilik var. Lakin etiraf edirəm ki, mən uşaqlıqdan ona çox bağlı idim.

    -Qarabağda olmusunuz?

    -Yox, heç vaxt.
     
    -Bəs Azərbaycan-Ermənistan münaqişəsi haqda nə düşünürsünüz? Onu necə həll etmək olar?

    -Bütün bunları Ermənistanda və Qarabağda hakimiyyətdə oturanlar törətdi. Mən televizorda işğaldan azad olunmuş rayonları görmüşəm-Cəbrayılı, Füzulini və digərlərini. Nəyə görə onlar həmin şəhərləri tamamilə dağıdıblar? Əgər orada yaşamaq istəmirdilərsə niyə dağıdırdılar?  Həmin şəhərləri və kəndləri yer üzündən siliblər. Hakimiyyətlər hər şeydə günahkardır.

    -Budur, siz ermənisiniz. Azərbaycandakı erməni kəndində doğulub böyümüsünüz. Həmin illərdə azərbaycanlılar ermənilərə necə yanaşırdı?

    -Biz həmişə xoşbəxt və mehriban yaşamışıq. Kimin azərbaycanlı, kimin erməni olmasına fərq qoymamışıq. Bu illər ərzində Kürdəmirdə yaşamışam, amma heç kim məndən milliyətimi soruşmayıb. Qarabağdakı və Ermənistandakı terrorçular, quldurlar günahkardır. Mən düşünürəm ki, onlar düzələn deyil.
    Qoy onlar öz Ermənistanlarına geri qayıtsınar. Nəyə görə onlar Gəncəni bombaladılar? O qədər adam həlak oldu!
    Amma əvvəllər, sovet dövründə belə qarşılıqlı nifrət yox idi.

    -Sizə sərt sual verməli olacam. Bağışlayın məni, amma bu haqda soruşmalıyam. Bilirsinizmi ki, dinc azərbaycanlıların güllələnməsinə əmr verənlərdən biri də qardaşınız idi?!

    -Belə olan halda qoy mənim qardaşım da elədiklərinə görə cavab versin. Mənə azərbaycanlılara qarşı bu nifrətin səbəbi məlum deyil.

    -Nəyə görə qardaşınız azərbaycanlılara belə nifrət elədi? Bu etnik nifrət haradan qaynaqlandı?

    -Mənə bu aydın deyil. Sovet ordusunda xidmət edəndə o, məzuniyyətə Azərbaycana gələrdi. Həmişə burada, Kürdəmirdə mənə baş çəkərdi. Ona stol açırdım, azərbaycanlılarla yeyib-içirdi, onlar dostcasına ünsiyyətdə olurdular. Mixail həmişə bizdə qonaq qalırdı. Bütün qonşularım onu tanıyır. Onu Yerevandan televizorda göstərəndə qonşularım məni çağırırdı ki, bax, qardaşını göstərirlər...


    Dayı və bacıoğlu. Onları iki xalqın müharibəsi ayırırdı...

    Söhbətimiz isə deyəsən çox uzandı. Bəs günün alanı? Hansı gələcəkdən danışmaq olar ki, bax elə bu dəqiqələrdə Qarabağda qan axır, amansız döyüşlər gedir. Gələcək yoxdur! Ən azından bu dəqiqələrdə. Mən Zoya Arutyunovnadan onun ikinci oğlu haqda soruşuram. Və o mənə insan talelərinin necə kəsişdiyinə dair öz realizmi və dramatizmi ilə sarsıdıcı əhvalatı danışır.
    Zoyanın kiçik oğlu da peşəkar hərbçi olmaq istəyib. Və o, Naxçıvanda, ön xətdə xidmət edib. Heç ağlına da gətirmədən ki, əks tərəfdə, düşmən cəbhəsində dayanan orduya onun doğma dayısı komandanlıq edir. Hansı ki, öz qohumunun öldürülməsinə əmr verə bilərdi. Bu dəhşətli əhvalat məndə elə ağrı hissi, elə qüssə, uzun-uzadı əzab hisslərinin əks-sədasını yaradır ki... Vidalaşmadan göz yaşları, acı və çarəsizliklə dolu bu qapalı müharibə çevrəsindən çıxmaq istəyirəm... Doğrudanmı Vətən hissi qanı və ölümü üstələyir?!

    Eynulla Fətullayev

    Oxunub: 698
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.