Bakılı “Şahzadə” 1 milyard dollarlıq korrupsiyada ittiham olunur -
Qardaşı ilə birlikdə
Keçmiş Anqola prezidentinin qızı və milyarder İzabel Duş Santuş dövlət xəzinəsindən 1 milyard dollar oğurlamaqda ittiham olunur.
“Reuters” xəbər verir ki, “Forbes” versiyasına görə Afrikanın ən varlı qadını adlandırılan “Şahzadə” ləqəbli Duş Santuş 2 milyard dollarlıq sərvətinin korrrupsiya ilə qazanılmadığını isbatlamağa çalışır.
Prezident Joao Lourenso 2017-ci ildə Duş Santuşun atası Xose Eduardonu əvəz edəndən 40 il hakimiyyətdə olmuş sələfinin övladlarının “ciblərini kəsir”. O, Duş Santuşu “Sonangol” neft şirkətində tutduğu rəhbər vəzifədən kənarlaşdırıb və qardaşını suveren sərvət fondu başçılığından istefaya göndərib.
Duş Santuşun aktivləri 2019-cu ilin son günündən – 31 dekabrdan dondurulub.
46 yaşlı milyarder xanım korrupsiya iddialarını rədd edir. “Bu, siyasi sınaqdır. İnsanları iqtisadi çətinliklərin həqiqi səbəblərindən yayındırmaq üçün Lourenso korrupsiyaya qarşı mübarizə fonu yaratmaq istəyir”.
Vaxtilə Bakıda neft mühəndisliyi peşəsinə yiyələnən atası tələbəlik dövründə rus xanım Tatyana Kukanova ilə ailə qurub və İzabel Duş Santuş 1973-cü il aprelin 1-də Azərbaycanda doğulub.