Aleksey Arestoviç:
“Hər şeyi dronlar etdi” deyənlər utansın
Azərbaycan Qarabağın qədim paytaxtı – böyük rəmzi əhəmiyyətli Şuşa şəhərini geri qaytardı.
Globall.az xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Aleksey Arestoviç Feysbuk səhifəsində yazıb.
“Yerdə qaytardı… Piyada döyüşləri ilə, geyilə bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən havada dağlardan keçərək yerdə qaytardı. Bu “… hər şey dronlar tərəfindən edildi ” deyənlər üçündür!
Bu hadisə azərbaycanlılar üçün israillilərin 1967-ci ildə Ağlama Divarına çıxmasına bərabərdir. Vətənə qayıdış… Tarixə qayıdış… “ – Arestoviç qeyd edib.
Oxunub: 444
Xəbəri paylaş
Paylaş: