Əli Kərimli:
"İlham Əliyev xalqına güvənərək sona qədər getdi!"
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Prezident İlham Əliyevi Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edib.
Müxalifət lideri müraciətində qeyd edib ki, son bir ayda İlham Əliyevə Azərbaycan Ordusunun bu qələbə yürüşünü dayandırması üçün beynəlxalq qüvvələr böyük təzyiq göstərib.
“Onlar ordumuzu başqa cür dayandıra bilmədilər. Buna görə müxtəlif tərəflərdən güclü təzyiqlər oldu”, - o, deyib.
Əli Kərimli əlavə edib ki, İlham Əliyevin xalqına güvənərək sona qədər getməsinə və Azərbaycan Ordusunun ölkənin bayrağını Şuşada qaldırmasına çox sevindim.
“Bu, böyük qələbədir. Bu qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm", - deyə Kərimli yekunlaşdırıb.
Oxunub: 452
Xəbəri paylaş
Paylaş: