Samvel Babayandan Paşinyana:
“Sizə kim səlahiyyət verdi ki, bizi təslim edəsiniz”
“Artsax (Dağlıq Qarabağ-red) Ermənistan dövlətçiliyinin mərkəzidir, ermənilərin simvoludur. Biz ermənilərin ləyaqətini qorumaq məcburiyyətindəyik”.
Erməni mediası xəbər verir ki, bu fikirləri separatçı qurumun “Təhlükəsizlik Şurası”nın katibi Samvel Babayan öz Facebook səhifəsində yazıb.
O daha sonra bildirib: “Bu şüurla biz Azərbaycan-Qarabağ münaqişəsinin bütün mərhələlərini keçərək bu torpaq uğrunda, bu torpaqda layiqli bir həyat uğrunda minlərlə insanın həyatını qurban verdik və çətinliklərdən əziyyət çəkdik. Bu gün Ermənistan, Artsax (Dağlıq Qarabağ– red) Respublikası liderləri, yeganə sui-qəsd qərarı ilə və bir qələm zərbəsi ilə ermənilərin varlığını şübhə altına aldıqdan sonra həqiqətlər haqqında yalan açıqlamalar verdilər. Sual ortaya çıxır – xalqın razılığı olmadan, məsləhətləşmədən demokratik bir ölkədə sizə kim səlahiyyət verdi ki, bizi təslim edəsiniz”.
O guya bu cinayət əməllərinə etiraz olaraq “Artsax Qəhrəmanı” rütbəsindən imtina edib və separatçı rejimin “Təhlükəsizlik Şurası”nın katibi səlahiyyətlərinə son verdiyini deyib.