Ərdoğan ABŞ-ın yeni Prezidenti Co Baydeni təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydeni təbrik edib.
Türkiyə mediası bildirir ki, təbrikin mətni Türkiyə Prezident Administrasiyası tərəfindən yayılıb.
“Seçkidəki qələbəniz münasibətilə sizi təbrik edirəm və Amerika xalqına sülh və rifah diləyirəm. Ölkələrimiz arasında müttəfiqlik münasibətlərini inkişaf etdirməyə qərarlıyıq”, - təbrik mətnində bildirilib.
Türkiyə lideri daha sonra vurğulayıb: “Bu gün qlobal və regional səviyyədə üzləşdiyimiz çağırışlar bizdən ümumi maraq və dəyərlər əsasında münasibətlərimizi daha da inkişaf etdirməyi və möhkəmləndirməyi tələb edir”.
Oxunub: 371
Xəbəri paylaş
Paylaş: