“Qarabağın statusu müzakirə mövzusu deyil”-
Rusiya prezidentinin köməkçisi
“Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının bəyanatında Qarabağın statusundan bəhs edilmir”.
Rusiya KİV xəbərlərinə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edir:
“Bu sənəddə Qarabağın statusu barədə məlumat verilmir. Biz indiki anda beynəlxalq hüququn bütün müvafiq əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, – deyə Peskov bəyan edib./yenisabah.az
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: