Keçmiş baş nazir:
"Belə getsə, Ermənistan Türkiyənin bir vilayətinə çevriləcək"
“Bizi ona aparırlar ki, Ermənistan Türkiyənin bir vilayətinə çevrilsin”.
Erməni KİV-ləri bildirir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu gün Yerevanın Azadlıq meydanında keçirilən mitinq zamanı deyib.
"Biz əmin deyilik ki, Nikol Paşinyan hakimiyyətdə qalsa, sabah Yerevanı təhvil verməyəcək. İmzalanmış bəyanatdan xəbərdar olmadığını bəyan edən ölkə prezidentinə necə dözə bilərik? Yeri gəlmişkən, Konstitusiyaya əsasən, bu şəxs qarabağlıların həyatına görə məsuliyyət daşıyır", - deyə Qrant Baqratyan bildirib
O qeyd edib ki, 1992-1994 – cü illərdə Dağlıq Qarabağın ərazisi 4400 kv. km idi: “Sonra işğal olunmuş 8200 kv. km ərazilər əlavə edildi-12.600 kv. km oldu, indi isə 10 100 kv. km türklərə verilir, 2500 kv. km qalır”.