Tramp Rusiya ilə ticarət əlaqələrinin möhkəmləndirilməsinə çağırıb – "Cadugər ovu" başa çatıb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, «Rusiya işi»nin başa çatması Vaşinqtonla Moskva arasında əməkdaşlıq üçün yeni imkanlar açır.
O, xatırladıb ki, xüsusi prokuror Robert Müllerin təhqiqatı 2016-cı il seçkiləri dövründə onun Rusiya Federasiyası ilə əlaqələrini müəyyən etməyib və ona görə, «cadugər ovu» demokratlara gözlədikləri nəticəni verməyib.
«Fox News» telekanalının efirindən Tramp yenidən Rusiya ilə ticarət münasibətlərinin əhəmiyyətindən danışıb və bildirib ki, əlaqələri yaxşılaşdırmağa ehtiyac var.
«Hesab edirəm ki, biz, Rusiya ilə ticarət etmək halında olmalıyıq. Hesab edirəm ki, bunu edə bilərik. «Cadugər ovu» başa çatandan sonra, Rusiya ilə yola gedə bilərik» - deyə, Tramp suala cavab verərkən bildirib.
Globall.az
Oxunub: 332
Xəbəri paylaş
Paylaş: