13 qadını qətlə yetirən manyak koronavirusdan öldü
Böyük Britaniyada silsilə qətllər törədən Piter Satkliff koronavirusdan ölüb.
Bununla bağlı Vesti.ru məlumat yayıb.
O, 1970-ci illərdə 13 qadını öldürməkdə və yeddisinə qarşı sui-qəsddə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmişdi.
Bildirilib ki, iki həftə əvvəl P. Satkliff koronavirus diaqnozu ilə həbsxananın tibb məntəqəsinə yerləşdirilib.
Qeyd edək ki, Piterin öldürdüyü və sui-qəsd təşkil etdiyi qadınların hamısı yüngül həyat tərzi keçirənlər olub.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: