Fransa Türkiyə gəmisini izləyir -
Aralıq dənizinə əlavə freqatlar göndərdi
Fransa Aralıq dənizinin şərq hissəsində qazma işləri aparan Türkiyə gəmisini yaxından izləmək üçün hərbi varlığını artırır.
Bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, uzun müddətdir Türkiyənin qazma işləri aparan gəmisini “La Fayette” freqatı ilə izləyən Fransa artıq bölgəyə əlavə dəniz və hava qüvvələri göndərib.
Bildirilir ki, Paris artıq bölgəyə “Latouche-Treville” və “Forbin” freqatlarını da yerləşdirib.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: