Ermənistanı Rusiya ilə birləşdirən quru yolu bağlandı
Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu olan Stepantsminda - Lars magistralı bağlanıb.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinə və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiyadakı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, bu, fövqəladə vəziyyətlə əlaqədardır.
“Ermənistan Xarici İşlər Nazirliyindən alınan məlumata görə, əcnəbilərin Gürcüstana girişinə qadağa qərarı qüvvədə qalır. Qadağa yük daşınmasına şamil edilmir”, - - deyə məlumatda bildirilir.
Oxunub: 331
Xəbəri paylaş
Paylaş: