Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ” - Məcəllədəki dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?
300 MANATLA 1 AY YAŞAMAQ OLARMI? - Və ya bir ailənin aylıq yaşam xərci nə qədərdir? /TƏHLİL
“BELƏ GETSƏ, HƏR İL VERGİLƏR, RÜSUMLAR, CƏRİMƏLƏR ARTACAQ”- “AB-nin əksər ölkələri bu səhv yolla getdilər və...”
Press-fakt.az
    
  • İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım etdi -
    İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
  • 
  • Məhəmməd Şahbaz Şərif Azərbaycanda səfərdədir -
    Məhəmməd Şahbaz Şərif Azərbaycanda səfərdədir - YENİLƏNİB
  • 
  • Onların ailələrinə Prezident təqaüdü təyin edildi
    Onların ailələrinə Prezident təqaüdü təyin edildi
  • 
  • Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlib -
    Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlib - FOTO
  • 
  • Azad edilmiş ərazilərdə 800-ə yaxın meyit qalığı aşkarlanıb
    Azad edilmiş ərazilərdə 800-ə yaxın meyit qalığı aşkarlanıb
  • 
  • Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib - 
    Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib -  SƏRƏNCAM
  • 
  • Ərdoğan İlham Əliyevi təbrik etdi -
    Ərdoğan İlham Əliyevi təbrik etdi - Zəfərin 5-ci ildönümü münasibətilə
  • 
  • Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi
    Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi
  • 
  • Prezident İlham Əliyev Slovakiya müdafiə nazirini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya müdafiə nazirini qəbul edib
  • 
  • Agentlikdə yeni təyinatlar -
    Agentlikdə yeni təyinatlar - Bu şəxslərə yeni vəzifə verildi
  • 
  • Şimali Koreya növbəti dəfə ballistik raket buraxdı - 
    Şimali Koreya növbəti dəfə ballistik raket buraxdı -  ABŞ-nin bu qərarından sonra
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
  • 
  • Zəfər Gününün 5-ci ildönümü:
    Zəfər Gününün 5-ci ildönümü: Azərbaycanda 23 partiya bəyanat yaydı
  • 
  • Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü
    Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü
  • 
  • VƏHDƏT PARTİYASININ rayon təşkilatının
    VƏHDƏT PARTİYASININ rayon təşkilatının SƏDRİ HƏBS EDİLDİ
  • 
  • BMT Şaraya  və daxili işlər naziri Hattaba qarşı sanksiyaları ləğv etdi
    BMT Şaraya və daxili işlər naziri Hattaba qarşı sanksiyaları ləğv etdi
  • 
  • Sabahdan bu avtobusda gedişhaqqı 60 qəpik olacaq
    Sabahdan bu avtobusda gedişhaqqı 60 qəpik olacaq
  • 
  • ABŞ Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edib
    ABŞ Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edib
  • 
  • Bolqarıstan "Lukoyl"un zavodunu belə ələ keçirir
    Bolqarıstan "Lukoyl"un zavodunu belə ələ keçirir
  • 
  • “Qarabağ”ın rəqibi baş məşqçisini qovdu
    “Qarabağ”ın rəqibi baş məşqçisini qovdu
  • 
  • Netanyahudan Türkiyə açıqlaması:
    Netanyahudan Türkiyə açıqlaması: Bizi düşmən kimi görürlər!
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Seyran Ohanyan döyüşlərin başa çatmasna üç gün qalmış qaçıb
  • Seyran Ohanyanın oğlu da Qarabağda yaralanıb - FOTO
  • Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşduq, amma yenə də məğlub olduq”
  • Qarabağa döyüşməyə gələn Ohanyan məhv edilib
  • “Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu”- Seyran Ohanyan
  • AĞDAMDA DAĞIDILAN “OHANYAN XƏTTİ”...- Təkcə giriş qapısının çəkisi 5 tondur... /FOTOLAR

    • Tarix: 25-03-2021, 19:46



    1994-cü ildə mayın 12-də atəşkəs elan olunduqdan sonra Ermənistan Silahlı Qüvvələrinin birləşmələri işğal etdikləri Azərbaycan ərazilərində möhkəmlənmə və müdafiə işləri aparmağa başladılar.

    Bunların arasında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın adını daşıyan “Ohanyan xətti” xüsusi yer tutur. Həmin xətt ələ keçirilmiş mövqelərin saxlanılması, rəqibin qarşısının alınması üçün kompleks şəkildə qurulmuş güclü maneədir. 

    Kompleks müdafiə səngərlərindən, uzun və qısamüddətli atəş mövqelərindən, tank əleyhinə xəndəklərdən, tel-məftil sədlərindən, qarışıq mina sahələrindən (həm piyada, həm tank əleyhinə) və komanda məntəqələrindən ibarətdir.

    2016-cı ilin aprelində bu xəttin yarılması onun keçilməzliyi barədə yaradılmış mifi dağıtdı. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir neçə yüksəkliyi geri qaytardıqdan sonra Seyran Ohanyan müdafiə naziri vəzifəsindən azad edildi.



    Ohanyan bəlkə də özünü fin marşalı Karl Mannerheymlə müqayisə etmək istəyirmiş. Mannerheymin 20 il ərzində qurduğu müdafiə sistemi sovet qoşunlarının qarşısını almışdı. Ohanyan isə bunu bacarmadı. Üstəlik, aprel döyüşlərindən nəticə çıxarmadı.

    Sədd Ağdam, Xocavənd, Füzuli və Cəbrayıldan düz İran sərhədinə – Araz çayına qədər bütün ərazini əhatə edir. Erməni hərbçiləri ərazini “bufer zonası” hesab etdikləri üçün onu qoşunların təmas xətti boyunca salıblar.

    Ağdamın işğaldan azad edilmiş Mərzili kəndində tank əleyhinə xəndəklər arasında məsafələr 500 metrdir. Məftillərlə əhatələnmiş bu aralarda əlavə maneələr yaradılıb. Hər maneənin qarşısı və içərisi minalarla döşənib. 



    Ərazi minadan tam təmizlənmədiyinə görə sahələrə daxil olmuruq. Yüksəkliklərdə isə atəş nöqtələri və kiçik komanda-qərargah məntəqələri yerləşdirilib. Ətraf dirəklərdə optik kameralar olub. Ermənistan ordusu 10 noyabr bəyanatına əsasən Ağdamı tərk edərkən, kameraları da aparıb. Amma bəzi yerlərdə kabellər bugünədək dirəklərin üstündə yellənir.

    44 günlük müharibə dövründə və ondan sonra “Ordu nə üçün birbaşa Ağdam istiqamətindən hücuma keçmədi?” sualı tez-tez verilirdi.

    Ərazini diqqətlə nəzərdən keçirəndə, qarşıda geniş düzənlik və xırda təpəliklər görmək mümkündür. Bu tip ərazilərdə hücuma keçmək təhlükəlidir. Qarşı tərəfin müdafiə xəttini yarmaq vəzifəsinin öhdəsindən bəlkə gələ bilərsən, amma bu zaman canlı qüvvədə və texnikada böyük itkilər verəcəyini hesaba qatmalısan.



    Düzənlikdəki çoxsaylı mühəndis qurğuları müdafiə imkanlarını genişləndirir. Hücum edən ordu bir maneəni keçən kimi, dərhal başqa maneə ilə üzləşir və bu proses davam etdikcə, itkilərin sayı artır. Maneəyə “ilişmiş” hərbi birləşmənin məhv edilməsi asandır, çünki belə halda əsgərlər və texnika hərəkətsiz vəziyyətə düşür. Yəqin ki, Azərbaycan ordusu coğrafi mövqeyi və ərazinin relyefini nəzərə alaraq əks-hücum əməliyyatını, əsasən, cənub istiqamətindən həyata keçirdi.

    İşğal zamanı qarşı tərəf ərazidə qurulmuş termal kameralardan 30-40 kilometr enində, 30-35 kilometr dərinliyində, xüsusən Ağdam, Füzuli, Ağcabədi, Xocavənd istiqamətində mülki obyektləri, hərəkət marşrutlarını, təminat yollarını müşahidə edə bilirdi.



    Ağdamın Xocavəndlə sərhədində yerləşən Çeyil dağında, dəniz səviyyəsindən 415 metr yüksəklikdə Ermənistan ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatacı alayının komanda məntəqəsi yerləşirdi. Erməni qoşunları ərazini tərk etdikdən sonra bura Azərbaycan əsgərlərinin nəzarətindədir.

    Məntəqə hərbi bölmələrin idarə olunması üçün strateji əhəmiyyət kəsb edir, eyni zamanda müşahidə imkanlarnın genişliyi ilə seçilir. Buradan Ağdam, Ağcabədi və Xocavənd rayonlarının bir hissəsini hətta gözlə müşahidə etmək mümkündür. 

    Müxtəlif sahələrdə qurulmuş kameralar görüntüləri optik naqillər vasitəsilə komanda məntəqəsinin monitorlarına ötürür, daxil olan məlumatlar fasiləsiz təhlil edilir və məntəqədən kənara çıxmadan çox geniş ərazini nəzarət altında saxlamaq olur.

    Məntəqənin yerləşdiyi məkan da təsadüfən seçilməyib. Onu tikmək üçün böyük bir təpənin ortasını qazıb çıxarıblar, yol çəkiblər, sonra isə nəhəng dəmir konstruksiyaları hissə-hissə daşıyaraq torpağa basdırıblar.



    Dəmir-beton tikilinin üstündə çoxsaylı çənlər qoyulub. Bunlar üzüm çənləridir. Əvvəllər Ağdam və Xocavənddə üzüm sahələri çox olub, bu çənlər də işğaldan sonra təsərrüfatlardan gətirilib. Onları torpaqla dolduraraq üst-üstə yığıblar. Beləliklə, həm torpaq qatının aşınmasının, həm də palçıqlı suların məntəqənin girişinə tökülməsinin qarşısını alıblar, eyni zamanda aviasiya zərbələrindən müdafiəni gücləndiriblər.



    Komanda məntəqəsinin ən maraqlı detalı onun qapısıdır. Təxmini hesablamalara görə, çəkisi 3-5 tondur və artilleriya zərbəsinə davamlıdır. Əvvəl bu qapı elektron qaydada açılıb-bağlanırdı. Erməni əsgərləri buranı tərk edəndə bütün elektron və kompüter sistemlərini ya dağıdıblar, ya da özləri ilə aparıblar. Komanda məntəqəsinin qapısı kimi, divarları da sənayedə istifadə olunan konstruksiyalardan qurulub. İçərisi isə metro tunelini xatırladır. 



    Bütün məntəqə 2 mərtəbə və 1 müşahidə nöqtəsindən ibarətdir. Birinci mərtəbənin girəcəyində sanitar qovşağı yerləşir. İçəridə bir neçə kiçik otaq var. İkinci mərtəbə isə 1 böyük, 3 kiçik otağa bölünüb. Ehtimal ki, əsas monitorlar məhz böyük otaqda qurulub. Hazırda bura kazarma kimi istifadə olunur. Nazik və dar pilləkənlər “dama” – müşahidə nöqtəsinə aparır.



    Komanda məntəqəsindən o yana Ağdam-Füzuli magistralının Xocavənd rayonuna girən hissəsi, rayonun Qarakənd kəndi, lap yuxarıda “Ana fəryadı” adlı abidə də aydın görünür. 28 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də məhz bu ərazidə, Qarakənd yaxınlığında Ermənistan əsgərlərinin atəşi nəticəsində Azərbaycanın rəsmi şəxslərinin də içərisində olduğu vertolyot qəzaya uğramışdı. Nəticədə vertolyotdakı 22 nəfərin hamısı həlak olmuşdu.



    Ağdam-Füzuli magistralından ara-sıra mülki ermənilərin avtomobilləri keçir. Yolun qırağında Qarakənddə məskunlaşmış ermənilərin mal-qarası otlayır. Bir qədər aralıda isə qarşı tərəfin müşahidə məntəqəsi yerləşir. Azərbaycan əsgəri yüksəklikdən hər şeyi nəzarətdə saxlayır. Noyabrın 10-dan bugünədək ətraf ərazilərdə insident qeydə alınmayıb.

    Seymur Kazımov










    Oxunub: 638
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      08-11-2025
      00:10 | Tural Sadıqlı və Qurban Məmmədovun işi məhkəmə baxışına verildi
      00:05 | İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
      00:00 | "Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi"- Ceyhun Bayramov
      07-11-2025
      20:44 | Məhəmməd Şahbaz Şərif Azərbaycanda səfərdədir - YENİLƏNİB
      20:39 | Onların ailələrinə Prezident təqaüdü təyin edildi
      20:35 | Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlib - FOTO
      18:30 | PREZİDENT ONLARA MİLLİ QƏHRƏMAN ADI VERDİ -  Adlar /FOTOLAR
      18:15 | GENERAL RÜTBƏSİ VERİLƏN HƏRBÇİLƏR KİMLƏRDİR? - FOTO /DOSYE
      18:10 | Azad edilmiş ərazilərdə 800-ə yaxın meyit qalığı aşkarlanıb
      18:05 | Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib -  SƏRƏNCAM
      15:51 | YORĞUNLUĞUN ÇİYİNLƏRİNDƏ... və ya Tarixin "Dirijor" Dövlətləri
      15:15 | David Babayanın Azərbaycana qarşı törətdiyi cinayətlər AÇIQLANDI - MƏHKƏMƏ
      15:00 | TRAMP ƏLƏKBƏROVUN “YOLUNU BAĞLADI”- “Gunvor Group” da geri çəkildi
      14:55 | Putin qohum-əqrabasını BAŞINA YIĞIB - Azı 24 qohumu yüksək vəzifədədir...
      14:50 | Ərdoğan İlham Əliyevi təbrik etdi - Zəfərin 5-ci ildönümü münasibətilə
      14:40 | Son 5 ildə büdcədən Milli Məclisə 300 MİLYONA yaxın vəsait ayrılıb -  BU PULLAR HARA XƏRCLƏNİB?
      14:30 | “Moskvanın yaratdığı təhlükə uzunmüddətlidir”- NATO silah istehsalında Rusiyanı geridə qoyub
      14:25 | BU QURUMUN RƏHBƏRLİYİNƏ CİNAYƏT İŞİ AÇILDI -  Korrupsiyada ittiham olunurlar
      14:20 | Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi
      14:15 | Prezident İlham Əliyev Slovakiya müdafiə nazirini qəbul edib
      14:10 | Agentlikdə yeni təyinatlar - Bu şəxslərə yeni vəzifə verildi
      14:05 | Şimali Koreya növbəti dəfə ballistik raket buraxdı -  ABŞ-nin bu qərarından sonra
      14:00 | “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” -  “İcra başçısı sistemi öz effektivliyini itirib”
      13:45 | Abbas Əraqçı: "Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur"
      13:30 | Ən stajlı deputat kim: Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov - DAHA KİMLƏR VAR?
      13:00 | "Neft Daşları"nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
      12:55 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
      12:20 | Mərkəzi Asiya liderləri Trampla HANSI DİLDƏ DANIŞIBLAR? -  İkisi rus, biri ingilis, digərləri isə...
      12:10 | Zəfər Gününün 5-ci ildönümü: Azərbaycanda 23 partiya bəyanat yaydı
      12:00 | "Tehranı boşaltmaq məcburiyyətində qalacağıq"- Pezeşkiandan kritik mesaj
      11:44 | Dünyada nadir xəstəlik tapıldı: Yalnız 13 nəfərdə var
      11:30 | Rusiya ordusuna qoşulan lənkəranlı Ukraynaya əsir düşdü
      11:20 | VƏHDƏT PARTİYASININ rayon təşkilatının SƏDRİ HƏBS EDİLDİ
      11:15 | BMT Şaraya və daxili işlər naziri Hattaba qarşı sanksiyaları ləğv etdi
      00:45 | Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı: "Münasibətlər hələ normallaşmayıb..."
      00:40 | Meksika Prezidenti ABŞ-yə xəbərdarlıq edib: "Ölkənin daxili işlərinə müdaxilə..."
      00:35 | Sabahdan bu avtobusda gedişhaqqı 60 qəpik olacaq
      00:30 | Türkiyədə MƏŞHUR AZƏRBAYCANLI BİZNESMEN barəsində CİNAYƏT İŞİ AÇILDI
      00:25 | ABŞ Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edib
      00:23 | Bolqarıstan "Lukoyl"un zavodunu belə ələ keçirir
      00:20 | “Qarabağ”ın rəqibi baş məşqçisini qovdu
      00:15 | “İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” -  VİDEO
      00:13 | Netanyahudan Türkiyə açıqlaması: Bizi düşmən kimi görürlər!
      00:10 | Azərbaycan ərazisindən gətirilən buğda yoxlanılacaq - Arutyunyan
      00:05 | Pakistan Əfqanıstana artilleriya zərbələri endirib
      00:02 | Prezident Kəramət Böyükçölün atasına vəzifə verdi
      00:00 | 2016-cı ildə Aprel döyüşləri niyə dayandırıldı?- Elmar Məmmədyarov sirləri açdı
      06-11-2025
      16:15 | "Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır"-  Zaur Əliyev
      16:00 | VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ” - Məcəllədəki dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?
      15:44 | Türkiyə Zəfər Paradında şəxsi heyət və 6 ƏDƏD F-16 ilə TƏMSİL OLUNACAQ
      15:40 | "Barselona"nın borcu açıqlandı: Rekord məbləğ 1,5 milyard avroya yaxındır
      15:30 | Yeni işə girəndə hər kəsin etdiyi 5 SƏHV - Nəyi etməli, nəyi etməməli...
      15:25 | Aİ Rusiya vətəndaşlarına viza verilməsini dayandırır - Səbəb: Ukraynaya qarşı müharibə
      15:15 | 300 MANATLA 1 AY YAŞAMAQ OLARMI? - Və ya bir ailənin aylıq yaşam xərci nə qədərdir? /TƏHLİL
      15:00 | İcbari tibbi sığortaya görə ödəniş yalnız bu şəxslərə ŞAMİL OLUNACAQ - RƏSMİ
      14:50 | NATO rəsmən AÇIQLADI: "...Rusiya ilə qarşıdurmaya hazır olmalıyıq"
      14:41 | “Tərtər işi”nə görə həbs edilən generalla bağlı QƏRAR VERİLDİ
      14:36 | ABŞ-ın bir neçə ştatı Trampa qarşı məhkəmə iddiası qaldırdı
      14:30 | GƏLƏN İL KÜTLƏVİ İXTİSARLAR GÖZLƏNİLİR - Hökumətin qarşısında çox ciddi çağırışlar dayanır
      14:15 | Ukrayna ordusu bu istiqamətdə irəliləyişə nail olub -  ISW məlumat yaydı
      14:05 | "Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq"-  Paşinyan
      13:15 | Ölkəyə 1 ədəddən artıq mobil telefon gətirən 100 manat rüsum ödəyəcək
      13:00 | "Qarabağ"ın mərhələ adlama şansları neçə faizdir?
      12:45 | “Görün, yaponlar və koreyalılar NƏ QƏDƏR GERİDƏ QALIBLAR...”- Keçmiş deputat MŞ sədrinə müraciət etdi
      12:35 | Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
      12:15 | ABŞ 36 tonluq ballistik raketi sınaqdan keçirdi - “Minuteman III” 6.7 min kilometr uçub
      12:00 | “Lukoil” zərbə üstünə zərbə alır - Volqoqraddakı böyük zavodu vuruldu /VİDEO
      11:55 | Pokrovsk uğrunda ölüm-dirim savaşı - ruslar müdafiə xəttini yarmağa çalışır
      11:30 | Nyu-Yorkun MÜSƏLMAN MERİ Zohran MAMDANİ: özü hind, arvadı suriyalıdır - FOTO
      11:20 | Ankarada Azərbaycanın Zəfər Günü qeyd edilib -  FOTOLAR
      11:15 | Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
      11:11 | Tramp G-20 sammitində iştirakdan imtina etdi: Səbəbi maraqlıdır...
      11:05 | Qurban Qurbanovun bu sözləri Türkiyəni coşdurdu - VİDEO
      11:00 | "Çelsi" ilə heç-heçə "Qarabağ"a NƏ QƏDƏR QAZANDIRDI? -  Rəqəmlər bəlli oldu
      01:00 | Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
      00:55 | İstanbul prokurorluğu CHP sədrinə qarşı təhqiqata başlayıb
      00:50 | Entso Mareska: "Əvvəl də demişəm, Qarabağ çox gözəl oynayır"
      00:45 | Özbəkistan Azərbaycandan 7,5 milyon dollarlıq xalça sifarişi alıb
      00:40 | "İstədikləri vaxt qiymət artırırlar, gələn il daha aydın olacaq"- Ekspert
      00:35 | Qurban Qurbanov: Futbolun nə olduğunu bu gün tam gördülər
      00:30 | Avropanın ən çox elektrik enerjisi ixrac edən ölkələri
      00:15 | Azərbaycanda alkoqollu içkilərin aksiz dərəcələri ARTIRILACAQ
      00:13 | Türkiyədə 1,7 milyard dollar dəyərində qızıl yataqları aşkar edildi
      00:10 | Kim Çen RUSİYAYA DAHA 5 MİNƏ YAXIN ƏSGƏR GÖNDƏRDİ
      00:07 | Atlantikada 1,7 ton kokain daşıyan sualtı qayıq ələ keçirildi
      00:05 |  Putin nüvə sınaqlarına hazırlıq barədə göstəriş verdi
      00:03 | Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var
      00:00 | Şahbaz Şərif Zəfər Paradında iştirak edəcəyini təsdiqlədi
      05-11-2025
      23:45 | Daha bir SENSASİYA: “Qarabağ”dan “Çelsi” ilə oyunda QƏLƏBƏ KİMİ HEÇ-HEÇƏ
      19:00 | "LUKOİL"in XARİCDƏKİ ŞİRKƏTLƏRİ İFLİC OLUB -  "Heç kim onlarla əməliyyat apara bilməz”
      18:32 | Prezident İlham Əliyev alimləri TƏLTİF ETDİ - SİYAHI
      18:20 | Bu ölkə də “Rus evi”-ni bağladı - Kreml narazıdır
      15:00 | Natiq Cəfərli: “Vətəndaşların vergi yükü artır”- İqtisadiyyatdan uzaq hüquqşünas nazirlər...
      14:30 | Hafiz Həsənovun ittiham aktı elan olunub - “QHT işi” üzrə MƏHKƏMƏ
      14:15 | “DGK LƏĞV OLUNMALIDIR”- “Şahin müəllim məntiqi ayaq altına qoyub tapdalayır...”
      14:00 | “Strateji baxımdan məğlub olmuşuq” - Məşhur rusiyalı generalın etirafı
      13:45 | "Qumar kralı"nın istintaqı BİTDİ -  Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
      13:40 | Ağ Evdə bir ilk: Tramp Suriya prezidenti Şara ilə görüşəcək
      13:30 | Alimlər beyni qocalmaqdan qorumağın yolunu tapdı
      13:15 | ABŞ tarixinə düşən MÜSƏLMAN MAMDANİ KİMDİR? -  Tramp HƏDƏLƏMİŞDİ
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.