“İranın raket zərbələri haqda 2.5 saat qabaqdan bilirdik...”-
AYN-ƏL ƏSƏD BAZASINDAKI ABŞ ƏSGƏRLƏRİ
CNN telekanalı bildirir ki, İraqdakı Ayn əl-Əsəd aviabazasında dislokasiya olunmuş ABŞ hərbçiləri İranın bazaya raket zərbələri endirəcəyi haqda 2.5 saat əvvəldən məlumat almışdı.
Reuter xəbər vrir ki, bu haqda hərbçilər özləri amerikalı jurnalistlərdən bir qrupunun bazaya ekskursiyası zamanı danışıblar.
Hərbçilər deyiblər ki, onlar əvvəlcədən bunkerlərdə gizlənişdilər. Məlumata görə İranın raket hücumunun qaçılmaz olduğu dəqiqləşəndə hərbçilərdən bəziləri bazanı tərk ediblər, amma çoxları bunkerlərdə gizlənib. Onlar raket zərbələri nəticəsində tələfatın olmamasını möcüzə adlandırıblar. Çünki raketlərdən bəziləri bunkerlərin lap yaxınlığında partlayıb.
Habelə İranın məhz hansı nöqtləri vuracağı məlum olmadığından hərbçlərin dəqiq planı olmayıb.
Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin qisasını almaq üçün yanvarın 8-də gecə İraqdakı Amerika bazalarına onlarla ballistik raket buraxıb. Raket zərbələri nəticəsində Amerika ordusu itki verməyib. Amma texnikaya zərər dəydiyi bildirilir.