Erməni general:
“Müharibənin ilk 5 günündə 1 500 fərarimiz var idi”
Movses Akopyan“Müharibənin 5-ci günündə artıq 1 500 əsgər fərrarilik edib qaçmışdı”.Bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.“Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, - general-polkovnik əlavə edib.Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: