Gürcüstanda bir gündə 4 426 yoluxma qeydə alındı -
35 pasiyent vəfat edib
Gürcüstanda ötən sutkada koronavirusa 4 426 yeni yoluxma faktı qeydə alınıb, 3 721 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-u isə ölüb.
Hazırda karantin rejimində 2 033, stasionar nəzarətdə 6 373 nəfər saxlanılır. 3 945 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: