Bakıda yeni tikilən obyektdəki yanğın söndürüldü -
Yenilənib /FOTO
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, yanğın təqribən 150 kvadrat metr sahədə olub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Nizami rayonunda yeni tikilən obyekt yanır.
Bildirilir ki, hadisə Bakı metrosunun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.
Yanğınla bağlı ətraflı məlumat veriləcək.
Oxunub: 374
Xəbəri paylaş
Paylaş: