Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Ramiz Mehdiyev şura sədri oldu – Əli Əsədov AMEA prezdenti ilə yanaşı, 26 nəfərə əlavə vəzifə verdi (SİYAHI)
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
  • İSLAM TƏSLİMİYYƏT KİMİ (esse) - İndi gələk Qurandakı o fikrə...
  • Nizami Gəncəviyə qarşı köhnə ənənə ilə yeni təxribat

    • Tarix: 3-06-2020, 22:39


    Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov bilərəkdən Türk Dünyasının ən nəhəng fikir adamlarından biri Nizami Gəncəvinin “kürd” kökənli olmasını yenidən gündəmə gətiribdir. R. Hüseynovun redaktorluğu və giriş məqaləsi ilə  N. Gəncəvinin “Leyli və Məcnun” əsəri dövlət proqramı adı altında 2009-cu ildə “Nurlan” nəşriyyatında yüksək poliqrafik tərbiatda nəşr edilib.



    Böyük Nizaminin bu məşhur əsəri kitabda həm türk və ukrayna dilində tərcümə olunaraq birlikdə verilibdir. Kitabın 230-cu səhifəsində Nizaminin “Anam Rəisənin xatirəsi” şeirində onun kürd kökənli olması qeyd olunubdur. Şeirin tərcüməsi isə belədir:      

    Kürd qızı anam da bizi tərk etdi,
    Bir ana qəlbiylə dünyadan getdi.
    Nə qədər ağlayıb, yansa da ürək,
    Anama dil verən varmıdır görək?

    Hələ neçə illər bundan öncə Dağıstanda nəşr olunan dövlət “Daqestanskoe Pravda” qəzetində Türk Dünyasının ən nəhəng bəstəkarı Üzeyir bəy Hacıbəylinin etnik kökəncə anasının ləzgi, atasının isə avar olması yazılmışdı. Bu geniş məqalənin müəllifi isə Bakıda onun adını daşıyan dövlət muzeyinin direktoru Ramazan Qamzatoviç Xalilov adlı birisi idi. Tactikstan Elmlər Akademiyası Ədəbiyyat və Dilçilik İnstitutu 5 cildlik “Qolşane ədəb” klassik fars-tacik kitabını nəşr edibdir. Bu kitabın bütün cildlərində Azərbaycan türklərindən Nizami Gəncəvi, Əfzələddin Xaqani, Şəms Təbrizi, Qövsi Təbrizi, Arif Ərdəbili və digər onlarla dühalar fars-tacik şairi kimi qeyd olunublar.

    Mədəni, ədəbi, tarixi irsimizdə fəxr edə biləcəyimiz, qürur mənbəyi olan dahilərimizin zaman-zaman etnik mənşəyinə qaranlıq kölgə salmaq siyasəti aparılıb. Burada əsas məqsəd Azərbaycan Türkünün dünyaya böyük şəxsiyyətlər yetirmək bacarığının olmaması, bu millətin mədəni dəyərlərinin fars, ərəb, kürd və digər topluluqların hesabına inkişaf etməsi kimi alçaldıcı uydurma tarixlər yazılmaqdadır. Bu sırada özünü klassik ədəbiyyatın, fars şeirinin dahi bilicisi kimi gözə soxmaqdan çəkinməyən Rəfael Hüseynovun belə əməlləri heç də yeni deyil.

    Ötən yüzilin 80-ci illərində dövlət radiosunda onun müəllifi olduğu “Axşam görüşləri” adlı və həftədə bir saatlıq proqramı yayınlanırdı. Bu proqramda daim Qarabağ muğam məktəbinin ifaçılığı və Şiravan iafaçılığı qarşı-qarşıya qoyulurdu.

    Guya Şirvan ifaçılıq sənəti ən üstün  məktəb hesab olunurdu. Halbuki, Azərbaycan muğam ifaçılığı, eləcə də aşıq sənəti tarixində Şirvan məkətbi adlanan sahədə bircə nəfər də olsa Mirzə Səttar, Hacı Hüsü, Əbülhəsən xan Azər İqbal, Məşədi İsi, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşalı, Cabbar Qaryağdıoğlu və s.-lər kimi azman sənətkarlar olmayıb. Aşıq sənətində Tufarqanlı Abbas, Aşıq Ələsgər, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Ədalət və s. səviyyəsində R.Hüseynovun süni şəkildə şişirtdiyi bircə nəfər də olsa Şiravan ifaçılıq məktəbi kimi tanıdılan sahənin ustadı olmayıb. Keçmiş Sovetlər Birliyi dönəmində süni şəkildə Şirvan-Qarabağ qarşıdurmasını həmin proqramlarda gündəmə gətirməklə əslində R. Hüseynov milli bütünləşməyə hələ o zamanlar sarsıdıcı zərbələr vurmaqla məşğul idi.
    Səs tembri, ifaçılıq məharəti böyük səhnələr üçün yaramayan öz həmyerlisi olan  muğam bilicilərini süni şəkildə qabartamaqla R. Hüseynovun əsil məqsədinin nədən ibarət olması bu günlər bir daha ortaya çıxıbdır.
    Dahi Nizami Gəncəvini “kürd şairi” elan etmək. Rəfael Hüseynov o qədər savadsızdır ki, bütün dünyanın etiraf etdiyi kimi Nizami Gəncəvinin türk şairi olmasına qarşı çıxaraq, Bakıda türk düşmənçliyi aparan ermənilərin və farsların dəyirmanına su tökübdür.                          
    Keçmiş SSRİ dönəmində Qafqazda türkün tarixi, mədəni izlərinin inkarı siyasəti aparılırdı. Bu sırada Azərbaycan Elmlər Akademiyasında hətta xüsusi kadrlar yerləşdirilmişdi.
    Türkün qəhrəmanlıq və mifik təfəkkür tərzinin dərin qatlarını özündə birləşdirən Koroğlu eposunda onun Qurdoğlu olmasını, Boz Qurd soyunu təmsil etməsi qırmızı Moskvanın təhrikilə Azərbaycandakı səbatsız və sapqın alimlərimiz tərəfindən “kürdoğlu” kimi qələmə alınmışdı. Hətta Dədə Qorqud eposu “xalq düşməni” elan edilmişdi.
    Milli düşüncənin Hind-Avropa nəzəriyyəsinin qılafına bürünməsi strateji hədəfə çevrilmişdi. Min dəfələrlə təəssüflər olsun ki, türkü inkar siyasəti hələ də elm aləmində davam edir. Özlərini hər addımda vətənpərvər sayan alimlər isə susurlar. Onlar qorxaqlıq göstərərək susmaqla elmdə olduğu kimi həyatda da saxtakar olduqlarını bir daha təsdiq edirlər.
    İndi qayıdaq böyük Türk şairi, fikir adamı Nizami Gəncəvinin etnik kimliyi və milli düşüncə tərzinə. Bu yöndə  Azərbaycan ədəbiyyatşünaslığında saxta ehkamlar hələ də qorunub saxlanılmaqdadır. Guya heç bir elm adamı SSRİ-nin ağır basqıları və şərtləri daxilində səhvlərə yol verməyib.
    N.Gəncəvi fars dilində yazmış olsa da, onun bütün əsərləri türk təfəkküründədir. Belə ki, epos janrı ədəbiyyat tarixində farslarda heç zaman olmayıb. N. Gəncəvi isə “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” kimi epik janrların bütün Şərq aləmində əsasını qoyubdur. Onun klassik fars dilində yazdığı bütün əsərləri hələ də dəqiq tərcümə olunmayıbdır. Çünki, Azərbaycan ədəbiyyatşünaslığında çoxlu sayda saxta elmlər doktorları dərhal biabır ola bilərlər.
    N. Gəncəvinin yaratmış olduğu möhtəşəm eposları çevirmək üçün ilk öncə klassik fars dilini, eyni zamanda türk düşüncə tərzini bilmək lazımdır. Bu iki dual anlayışdan bilgisi və xəbəri olmayanlar heç zaman bu nəhəng fikir adamının eposlarını anlamazlar. Orta yüzilliklərdə fars dili tədricən saraylarla yanaşı, həm də elm, tədris, ədəbiyyat, şeir yaradıcılığına da yol tapmışdı.
    Bu tarixi keçmişin izləri mövzumuza aid olmadığı üçün, ondan vaz keçirik. Orta çağ dövründə islam dininin inkişafı sayəsində müsəlmanlığı qəbul edən bütün xalqlar faktiki olaraq, ərəb əlifbasına keçiblər. Farslar isə ərəb əlifbasında bir sıra dəyişikliklər edərək onu özlərinin danışıq, qrammatik üslubuna çevirdilər.
    Ərəb əlifbasının fonetikasına əsasən dildə “g”, “p”, “ç”, “j” samitləri olmayıb. Farslar isə bu üç samit hərfdən “p, ç, j” səslərini artırsalar da, “g” samitini yaxın yüzlidə işlətməyə başlayıblar. Yəni “kafi-əcəm” adlanan “k” hərfini k kimi yazsaydılar, özlərinin dil və fonoteik qanunauyğunluğuna görə “g” kimi tələffüz edirdilər.
    Nizami, Xaqani, Mövləvi və digər türk kökənli şair və yazarların əsərlərində, eləcə də dövlət sənədlərində, salnamələrdə də bu hadisə gözə dəyir. Biz əski ənənəyə görə “g” səsinin yerinə “k” hərfi gələn kəlmələrdən bir neçəsini Osmanlı imperiyasının tarixindən örnək olaraq göstərə bilərik. “Tarixi Ğəzəvat – i Osman Paşa Özdəmirzadə” əsərinə nəzər salaq. Burada bir neçə söz k hərfi ilə yazılsa da, ancaq, onlar g kimi oxunmalıdır, yoxsa kəlmələrin mənası tamamilə dəyişməyə uğrayar.  
       
            

    Dəstkah (دستکاه): bu kəlməni yazıldığı kimi - dəst (əl) və kah (saman) kimi oxuna bilər, amma doğrusu dəstgah//dəsgah (dəzgah) olmalıdır; 
    Ənkoştər-i (انکشتری): üzük mənasında olan "əngoştər//ənqoştər" "ənkoştər" kimi oxunduqda mənasız kəlmə olur;
    Pələnk (پلنک): pələng(پلنگ), Xədənk(خدنک)(mənasız!) : xədəng (خدنگ)(ox);
    Nekarənde (نکارنده): bu kəlmə həm Nəkarənde (əkməyən), həm də nekarəndə (mənasız) kimi oxuna bilər, amma bu kəlmə həmən "negarənde(نگارنده)//neqarənde"dir və mənası "yazan" deməkdir.
    Bütün bu faktlarda göründüyü kimi, yəni qord//gord (گرد ) (qəhrəman, igid) sözü "g" səsi tərkibində olan başqa kəlmələr kimi k (کرد) şəklində yazılırdı. Elə buradan da Nizamidə yazılmış forması (kord) (کرد) olan kəlmənin oxunacağı şəkli qord (گرد) olmalıdır. Ancaq, bir çox ədəbiyyatçı və şairlər onu yazıldığı kimi kord (kürd) şəklində tələffüz edərək mənasının dəyişilməsini nəzərə almadan tərcümə ediblər. Belə bir hadisələrdə hər şeydən öncə Nizaminin əsərində qeyd olunan kəlmələrdə məna vəhdəti və sözlərin mətndaxili mənaları nəzərə alınmalıdır.
    Yoxsa fonetik tərkibli kəlmələri (omoqrafları) bu prinsip əsasında təhlil etsək, doğrusu avamlığa yol vermiş oluruq. Nizaminin "Leyli və Məcnun" əsərində bu misralara bir baxaq: 
    گر مادر من رئیسه کرد[گرد]
    مادر صفتانه پیش من مرد

    İndi bu şeirin mənasını Azərbaycandakı bədii tərcüməsindən (Kürd qızı anam da bizi tərk etdi, Bir ana qəlbiylə dünyadan getdi ) fərqli olaraq daha elmi tərcüməsini veririk:
    Mənim qord və ya kürd rəisəsi olan anam, bir (təbii və həqiqi) ana kimi mənim yanımda öldü.
    Burada bir neçə sual yaranır:
    1. Bu kəlmə "kord" yazıldığında kürd kimi oxunsa, bəs onda Nizami sonradan dediyi "Mənim yanımda bir (təbii və həqiqi) ana kimi öldü"  ifadəsindən nəyi başa düşmək olar? Yəni bir kürd ana Nizaminin yanında bir ana kimi ölə bilməzdimi?
    Burada bir məsələ ortaya çıxır, Nizami kord (kürd) yox, qədim yazı ənənəsinə görə gord və ya qord (yəni igid, cəsur və qəhrəman) kimi bu kəlməni nəzərdə tutmuşdur və buradan da misranın mənası qabaqkından daha uyğun gəlir: “Mənim anamın elin bir qəhrəman və cəsarətli qadın rəisə (elin, tayfanın rəsi kimi olan) olmasına baxmayaraq, mənim yanımda doğma və təbii bir ana kimi öldü”.
    Bu, öncə verdiyimiz mənadan daha həqiqətə yaxındır. Çünki bir rəisə qadın elin, tayfanın və mənsub olduğu xalqın idarəetmə işlərilə məşğul olduğu üçün öz uşağına lazımi xidmət edə bilməməsi mövzusu təbii bir məsələdir.
    Ona görə də Nizami xatırladır ki, mənim anam bir igid, cəsarətli qadın kimi rəis(başçı) vəzifəsində və məqamında olmasına baxmayaraq bir ana kimi öz analıq vəzifəsini yerinə yetirə bilmişdir və Nizami də bu üzdən deyir: 
    Elin igid rəisəsi olmasına baxmayaraq,
    Yanımda bir ana kimi öldü (can verdi).


    Bu məsələni belə yozmaq misrada mövcud kəlmələrin məna vəhdəti ilə daha uyğun gəlir. Nizami başqa yerdə belə deyir:

    پدر بر پدر مر مرا ترک بود  که
    هر یک به فرزانگی گرگ بود.                                      
    (Mənim neçə atam (yeddi arxam) türk idi,
    Bilikdə, ağılda hər biri qurd kimi idi. 


    (Nizaminin də əlyazma əsərlərində qorq (qurd)[گرگ] kord kimi yazılmışdır. Amma burada daha heç kim "kord" deyə bilməz, çünki kürdlə qurdun heç bir uyğunluğu yoxdur və qurd sözü ilə türk sözünün uyğunluğu danılmaz bir gerçəkdir). Burada Nizami türkün Bozqurd əfsanəsindən asılı olaraq yaranan və xalq içrə birinin bilikli olduğunu "qurd kimi çox bilir" ifadəsi ilə çatdırmaq istəmişdir. Bir tərəfdən də Nizami həmən "Leyli və Məcnun" eposunda  bir sadəlövh kürdə aid təmsilində bu misraları qeyd edibdir:  

    کردی خرکی به کعبه گم کرد           
    در کعبه دوید واشتلم کرد

    کاین بادیه را رهی درازست                
    گم گشتن خر زمن چه رازست

    این گفت و چو گفت باز پس دید        
    خر دید و چو دید خر بخندید

    گفتا خرم از میانه گم بود                
    وایافتنش به اشتلم بود

    گر اشتلمی نمی‌زد آن کرد                  
    خر می‌شد و بار نیز می‌برد    


    "Bir kürd Kəbədə eşşəyini itirdi,
    Kəbədə (o yan bu yana) qaçıb hay-haray saldı:
    Bu çöldə mənim uzun yolum var,
    Mənim eşşəyimin itməsində nə sirr var?
    Belə (çığıraraq) dedi və sonra yenidən (eşşəyi) gördü,
    Eşşəyi gördü və (eşşəyi) görcək güldü:
    Eşşəyim aradan yox olmuşdu ha,
    Əgər çığırmasa idim, tapılmazdı.                                            
    O kürd çığırmasa (hay-küy) idi,
    Eşşək olub yük də aparacaqdı" .    

                                        
    Anasını kürd adlandıran Nizamiyə sadəlövh kürdün belə xoşa gəlməz vəziyyətdə hekayəsini anlatmaq nəyinə gərəkmiş? Biz belə məsələlərdə sadə dillə və ağız ədəbiyyatımızda dayanıqlı olan etimoloji qaynaqlara nəzər saldıqda bütün bunların təsdiqini tapmış oluruq. 
    Bunları deməkdə məqsədimiz odur ki, Nizaminin anasının kürd olması onun özünün türk olduğunu heç də aradan qaldırmaz. Ancaq kim bilir ki, sonralar ermənilərtək PKK yandaşları da heç bir zaman kürdlərə aid olmayan Novruz Bayramından siyasi məqsədlərinə uyğun şəkildə bir alət olaraq istifadə etdikləri kimi bu məsələni əldə bəhanə edərək gələcəkdə Nizaminin anasının kürdülüyü məsələsindən, Gəncənin kürdlərə aid olduğu iddiasını qaldırmazlar?
    Biz bu məsələnin elmi əhəmiyyəti ilə yanaşı onun siyasi cəhətinə görə də toxunuruq ki, Azərbaycan Respublikasının gələcəkdə yenə erməni kimi üzdən iraq şıltaq etniklərin əlində bahana olaraq torpaq yarası ("Nizami kürd millətinindir" - deyə "Gəncədən bizim ana irsimizi verin") kimi yeni bir iddianın çıxmasına yol verilməsin.

    Oxunub: 902
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.